"Traxtur" uduzdu, baş məşqçi istefa verdi- Klubda böhranlı günlər davam edir

06.11.2021, 12:27

Təbrizin “Traxtur” futbol klubunun baş məşqçisi Firuz Kərimi istefa verib.

Gunaz.tv Quote | Gunaz article

“Traxtur"un baş məşqçiliyindən getməklə sevdiyim komandaya xidmət etmək istədim”-deyə, F.Kərimi noyabrın 5-ində istefası ilə bağlı yazdığı məktubda bildirib.

O, bildirib ki, baş məşqçilik məsuliyyətini qəbul edəndə  “Traxtur”a xidmət göstərə biləcəyini təsəvvür edirmiş.

"Lakin bu, belə olmadığı üçün istefanı ən uyğun variant hesab edirəm"-deyə, sabiq baş məşqçi bildirib.

Baş məşqçi istefa məktubunda klubun oyunçularına göstərdikləri fədakarlığa, qeyrət və əzmkarlığa görə təşəkkür edib, onlara uğur arzulayıb. 

Qeyd edək ki, dünən İran Premiyer Liqasında növbəti turun oyunları keçirilib.

“Traxtur”  Tehranın “Peykan” furbol klubu ilə qarşılaşıb.

Təbriz klubu 3-1 hesabı ilə uduzub. Bu yenilgidən sonra "Traxtur"  3 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb. 

Qeyd edək ki, Firuz Kərimi bir neçə həftə bundan öncə Təbriz klubunun başına gətirilmişdi.

Uzun müddətdir “Traxtur” klubu daxilində baş verən çəkişmələr, ixtilaflar və klubun yüksək məbləğdə borcunun yaranması Asiyada ən çox tərəfdarı olan komandada böhran yaranmasına səbəb olub.

Tehranın "İstiqlal", "Perspolis", İsfahanın "Sepahan" və başqa mərkəzi əyalətlərin klublarına dövlət tərəfindən külli məbləğdə vəsait ayrıldığı halda Təbriz komandasına dəstək verilmir.

Bu, bir sıra azərbaycanlı millət vəkilləri, o cümlədən Əhmədrza Əlirzabeygi, Məsud Pezeşkiyan və Hüseyn Hatəminin etirazları iə qarşılaşıb.

Bundan bir müddət öncə Kəleybərin İran parlamentindəki nümayəndəsi Hüseyn Hatəmi “Traxtur” futbol klubuna qarşı olan ayrı-seçkiliyi tənqid edərək, Tehran klublarına dəstək verildiyini, lakin  “Traxtur"a qarşı diqqətsiz yanaşıldığını bildirib.

“Azərbaycan mədənlərinin zəngin ehtiyatlarından “Traxtur” klubuna maliyyə yardımı ayırın. Əks halda İdman naziri və Sənaye, mədən və ticarət nazirinin parlamentdə impiçment məsələsini qaldıracağam”-deyə, bundan öncəki çıxışında millət vəkili xəbərdarlıq edib.

C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Təbrizlilərin Xoy zəlzələsinin qurbanlarına yardımları davam edir

2023-02-08

gun az article

Urmu gölü yaya kimi yoxa çıxa bilər

2023-02-08

gun az article

“Özümüz” proqramında müzakirə: “Zəlzələ fəlakəti: Xoy, Türkiyə"- VİDEO 

2023-02-08

gun az article

Güneyli işçi hərəkatı fəalı Hüseyn Kuşinin məhkumluq dövrü başa çatıb

2023-02-08

gun az article

Şərqi Azərbaycan əhalisinin 25 faizi qeyri-standart evlərdə yaşayır

2023-02-08

gun az article

Güneyli jurnalist müvəqqəti azadlığa buraxlıb

2023-02-07

gun az article

“Parlaq gələcək”də müzakirə: “Güney Azərbaycanın siyasi kimliyi” -VİDEO

2023-02-07

gun az article

Təbrizli həkimlər zəlzələ qurbanlarına yardım etdi

2023-02-07

gun az article

"İslahatlar səmərəsizdir, konstitusiya dəyişdirilməlidir"-Mirhüseyn Musəvi

2023-02-07

gun az article

İranda zəlzələ qurbanlarına yardım edən ərəb fəallar həbs edilb

2023-02-07

gun az article

XİN İrandakı səfirliyimizə qarşı törədilmiş terror hücumuna dair VİDEOÇARX yaydı

2023-02-06

gun az article

Millət vəkili: "Zəlzələ qurbanlarının qayğısına qalmasaq acı hadisələr baş verəcək"

2023-02-06

gun az article

Xoyda zəlzələ qurbanlarının çadırlarında yanğın olub

2023-02-06

gun az article

Təbrizin millət vəkili Türkiyənin yardım təklifindən imtinaya etiraz edib

2023-02-06

gun az article

Qaşqay fəal müvəqqəti azadlığa buraxılıb

2023-02-06

gun az article

“Azadlıq səsi”- “Güney Azərbaycanın Xoy şəhərində nələr baş verir”- VİDEO

2023-02-06

gun az article

Həbsdə olan güneyli milli fəallar zəlzələ qurbanlarına yardım kampaniyasına qoşulub

2023-02-06

gun az article

“Dəyirmi masa”: “Xoyda zəlzələlərin durumu” və “İranın Azərbaycan səfirliyində terror hərəkəti”-VİDEO 

2023-02-06

gun az article

Xoyda kütləvi zəhərlənmə-Ölənlər var

2023-02-05

gun az article

Seyid Həsən Amili Azərbaycan səfirliyinə hücuma bəraət qazandırıb

2023-02-05