SON XƏBƏRLƏR

“Traxtur”un sadiq azarkeşi Rəsul Musəvi ürək tutmasından vəfat edib

2022.01.05, 09:30
“Traxtur”un sadiq azarkeşi Rəsul Musəvi ürək tutmasından vəfat edib

Gunaz.tv

Klubun sabiq azarkeşi yanvarın 3-də keçirdiyi stressdən sonra dünyasını dəyişib.

Yanvarın 3-də Təbrizin “Traxtur” futbol klubunun azarkeşi Rəsul Musəvi ürək tutmasından vəfat edib. Qeyd edək ki, yanvarın 3-də İran Premyer Liqasının növbəti turunda "Traxtur" Tehranın “Perspolis” komandası üz-üzə gəlib.

Onun 2-1 hesabı ilə Tehran klubunun xeyrinə başa çatıb. 

4 yaşlı qız atası olan və futbol məşqçısı kimi fəaliyyət göstərən 32 yaşlı Musəvi özünün “instaqram” hesabında davamlı olaraq Azərbaycan klubu barədə paylaşımlar edir.

O klubun ağır duruma salınmasını tənqid edən yazılar paylaşırdı.

Qeyd edək ki, son yenilgidən sonra "Traxtur" 11 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar