SON XƏBƏRLƏR

"Traxtur"dan vacib qələbə: Təbriz klubu "Alüminium"u yendi

2022.09.06, 09:14
"Traxtur"dan vacib qələbə: Təbriz klubu "Alüminium"u yendi

Gunaz.tv

Ərak şəhərinin "İmam Xomeyni" stadionunda keçirilən oyunda hesabı "Traxtur" hücumçusu Məhəmməd Abbaszadə açıb. O, 3-cü dəqiqədə fərqlənib

Rza Əsədi isə 90+5 dəqiqədə rəqib komandanın qapısından ikinci qolu keçirib.

Oyun 2:0 hesabı ilə "Traxtur"un xeyrinə başa çatıb.

“Traxtur" mövsümdə ilk qələbəsini qazanaraq 5 xalla turnir cədvəlinin 9-cu pilləsinə yüksəlib.

Ərakın "Alüminium" komandası isə 4 xalla liqa cədvəlinin 14-cü pilləsində qərarlaşıb.

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar