SON XƏBƏRLƏR

"Traxtur" İranın dördüncü ən dəyərli futbol komandası seçilib

2022.09.03, 09:41
"Traxtur" İranın dördüncü ən dəyərli futbol komandası seçilib

Gunaz.tv

Futbolçuların transferləri və müxtəlif amillərə əsaslanaraq qiymətləndirilməsi sahəsində fəaliyyət göstərən etibarlı və beynəlxalq sayt olan Transfermarket-in son yeniləməsində "Traxtur"un dəyəri 9 milyon avroya çatıb.

Bu baxımdan İranın dördüncü ən bahalı futbol komandası kimi dəyərləndirilib.

Bu mövsüm "Qırmızı Ordu" komandasına qoşulan Braziliya-İtaliya millisinin yarımmüdafiəçisi Qustavo Vaqnin 1 milyon avro ilə, Kave Rzayi 900 min avro ilə və Rikardo Alves 800 min avro ilə "Traxtur"un ən bahalı oyunçuları seçiliblər.

Bu saytın qiymətləndirməsində 15,5 milyon avro ilə ölkənin ən dəyərli futbol komandası Tehranın “Persepolis” komandası seçilib.

Növbəti sıralamalarda 14,5 milyon avro ilə Tehranın “Esteqlal” və 10 milyon avro ilə İsfahanın “Sepahan” ikinci və üçüncü pillələrdə qərarlaşıb. 

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar