SON XƏBƏRLƏR

“Traxtur” klubun azarkeşləri etiraz aksiyası keçirəcək-Rəhbərliyin istefası tələb edilir

2021.12.31, 07:22
“Traxtur” klubun azarkeşləri etiraz aksiyası keçirəcək-Rəhbərliyin istefası tələb edilir

Gunaz.tv

Son vaxtlar “Traxtur” futbol klubunun ard-arda uduzması, İran Premyer Liqasında zəif etməsi, yanlış idarəetmə azarkeşlərin narazılığına səbəb olub.

“Traxtur” tərəfdarları klubun hazırkı başçısı Məhəmmədrza Zunuzini İran hökumətinin adamı kimi bilərəkdən Azərbaycan komandasını gözdən salmaqda ittiham edib və onun klub rəhbərliyindən istefa verməsini istəyiblər.

Klub azarkeşləri bnunla bağlı sosial mediada bildiriş yayıb. Qeyd olunub ki, narazılar yanvar ayının 1-i, Təbriz vaxtilə saat 15:00-da şəhərin “Bonyan Dizel” stadionunda toplaşacaqlar.

Qeyd edək ki, uzun müddətdir “Traxtur” klubu daxilində baş verən çəkişmələr, ixtilaflar və klubun yüksək məbləğdə borcunun yaranması Asiyada ən çox tərəfdarı olan klubu uğursuzluq zolağına salıb. 

Dekabrın 29-da İranın "Vərzeş 3" idman kanalının verdiyi məlumata görə, Təbrizin “Traxtur” futbol klubu gələn həftə dövlət şirkətinin mülkiyyətinə veriləcək.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar