SON XƏBƏRLƏR

"Klubu məhv etmək istəyirlər"- "Traxtur"un keçmiş kapitanı

2022.06.15, 07:44
"Klubu məhv etmək istəyirlər"- "Traxtur"un keçmiş kapitanı

Gunaz.tv

"Başa düşə bilmirəm ki, klub rəhbərliyi niyə hər zaman yanlış seçimlərə üstünlük verir, bundan öncə 4 il müddətində baş verənlərdən nəticə çıxarmaq istəmirlər”-deyə, Əsədi Ərtoğrul sağlamın klubdan uzaqlaşdırılması ilə "Traxtur"u daha da zəif salmaq istədiklərini deyib.

Keçmiş kapitan klub rəhbərliyinin guya türkiyəli baş məşqçi ilə maliyyə məsələlərinə görə anlaşa bilməməsini əsassız adlandırıb.

O, Ə. Sağlamın klubu yaxşı tanıdığı, buna görə də oyunçular siyahısında dəyişiklik etmək istədiyini, siyahının rəhbərliyi qane etmədiyinə görə baş məşqçini uzaqlaşdırmağa çalışıldığını açıqlayıb.

Mürtəza Əsədi 20 illik təcrübəsinə dayanaraq "Traxtur"un hazırkı rəhbərliyin əlində qalacağı təqdirdə məhv olacağını qeyd edib.

Qeyd edək ki, Təbrizin "Traxtur" futbol klubu türkiyəli baş məşqçi Ərtoğrul Sağlamla əməkdaşlığın rəsmən sona çatdığını, onun yerinə türkmənistanlı baş məşqçi Qurban Berdiyevin gətirilə biləcəyi bildirib. 

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar