SON XƏBƏRLƏR

"Traxtur" Tehran klubu ilə oyunda bərabərə qaldı

2022.09.01, 06:31
"Traxtur" Tehran klubu ilə oyunda bərabərə qaldı

Gunaz.tv

Təbrizin "Səhənd" stadionunda keçirilən görüşün ilk dəqiqələri "Traxtur"un güclü hücumları ilə yadda qalıb. Hissənin sonlarına doğru təbrizlilər hücumların kəsərini artırıb.

"Traxtur"un çoxsaylı hücumları nəticəsiz qalıb. Qurban Berdiyevin yetirmələri oyunun sürətini artıraraq qələbə qazanmağa çalışsa da, rəqib bəzi hallarda anti-futbol nümayiş etdirərək tempi aşağı salmağa çalışıb.

"Həvadar" komandasının vaxt öldürərək oyunu bərabər nəticə ilə başa vurmağa çalışması tamaşaçıların narazılığına səbəb olub.

Bu qarşılaşmadan sonra "Traxtur" 2 xalla turnir cədvəlinin 15-ci, "Həvadar" komandası isə 5 xalla 8-ci pilləsində qərarlaşıb.

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar