SON XƏBƏRLƏR

Arayik Arutunyan Paşinyana "müharibə" elan etdi

2021.12.27, 10:27
Arayik Arutunyan Paşinyana "müharibə" elan etdi

Gunaz.tv

Paşinyanın Qarabağın “statusu” məsələsinin “dəfn edildiyi” barədə fikirləri revanşistləri hiddətləndirib.

“2016-cı ildə status məsələsi yenidən BMT Təhlükəsizlik Şurasına qaytarıldı və bu, Ermənistan üçün fəlakətlə nəticələndi, çünki ən mötəbər beynəlxalq platforma çərçivəsində Qarabağın statusuna ümid etmək mümkün deyil.

Əgər Minsk Qrupu platformasında Ermənistanın Qarabağa “xüsusi status” iddia etmək şansı var idisə, Təhlükəsizlik Şurasında bu, mümkün deyil”, - deyən Paşinyana revanşistlər Qarabağdakı separatçıların başçısı Arayik Arutunyan vasitəsilə cavab veriblər.

Arayik Arutunyan bəyan edib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağ əhalisi adından danışmaq hüququ yoxdur. (modern.az)

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar