SON XƏBƏRLƏR

Arayik Arutunyan separatçıların rəhbərliyindən gedir

2022.03.04, 10:45
Arayik Arutunyan separatçıların rəhbərliyindən gedir

Gunaz.tv

Bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

Qəzetin yazdığına görə, 2023-cü ildə separatçıların başçısı postuna yeni “seçkilər” keçirilə bilər.

Qeyd edilir ki, Qarabağdakı erməni separatçı-terrorçuların hazırkı rəhbəri Arayik Arutyunyan yekun qərar qəbul edib: yenidən “namizədliyini” irəli sürməyəcək.

Separatçıların gələcək rəhbərinə gəlincə, qəzet yazır ki, əvvəlcə 2023-cü ilin əvvəlində “parlament seçkiləri”nin keçirilməsi, daha sonra isə yalnız “prezidentin” seçilməsi nəzərdə tutulur.

Namizədləri “parlamentdə” çoxluq təşkil edən siyasi qüvvələr, ilk növbədə, Arutyunyanın Azad Vətən və Daşnaksütyun partiyası irəli sürəcək. 

Qəzet yazır ki, namizədlər sülhməramlıları Qarabağda olan Rusiya tərəfi ilə razılaşdırılacaq. (modern.az)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar