Araz çayının Ermənistan tərəfindən çirkləndirilməsi xərçəng xəstəliyinin geniş yayılmasına səbəb olub

2020-06-25 14:19

Araz çayının Ermənistan tərəfindən çirkləndirilməsi nəticəsində Güney Azərbaycanın Parsabad məntəqəsində xərçəng xəstəliyi geniş yayılıb.

Gunaz.tv Quote | Gunaz article

Bu barədə, Parsabad Şəhər Şurasının üzvü və Ərdəbil əyalətinin Əyalətlərin Ali Şurasındakı təmsilçisi  Puya Mücərrəd mətbuata açıqlamasında məlumat verib.

 

 

“Ermənistandan Araz çayına axan sənaye müəssisələrinin çirkab suları Parsabad əhalisinə bəla olub,” deyən Mücərrəd əlavə edib ki, bunun nəticəsində Ərdəbil əyalətində həzm sisteminin müxtəlif orqanlarının xərçəngi birinci yeri tutur.

Onun sözlərinə görə, Parsabadda hər bir ailənin ən azından bir yaxını xərçəng və ya yol qəzası nəticəsində həyatını itirib.

 

 

“Ərdəbil xalqının Əyalətlərin Ali Şurasındakı nümayəndəsi olaraq, məsullardan insanların canı bahasına başa gələn bu iki problemin (yol qəzaları və Araz suyunun çirkləndirilməsi) həlli üçün ən qısa zamanda çarə tapmalarını xahiş edirəm,” deyə Mücərrəd əlavə edib.

 

 

Uzun illərdir Ermənistan ərazisindən təmizlənmədən birbaşa Araz çayına axan məişət tullantıları və sənaye müəssisələrinin çirkab suları sərhədyanı şəhər və kəndlərdə ətraf mühitə ciddi ziyan vuraraq bölgədə bir çox xəstəliklərə səbəb olub. Bu barədə yerli əhali və bir sıra rəsmi şəxslər dəfələrlə xəbərdarlıq etsələr də, İran rejimi Ermənistanla olan siyasi, hərbi və iqtisadi əməkdaşlığı nəzərə alaraq bu məsələyə göz yumub.

 

 

Ü.F

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İranda yaşayan qeyri-fars millətlərin təmsilçiləri Abbas Lisaniyə qarşı çıxarılan ədalətsiz hökmün ləğv edilməsini tələb edib

2020-07-10

gun az article

Güney Azərbaycan yollarında baş verən qəzalarda 8 nəfər ölüb

2020-07-10

gun az article

Güney Azərbaycanda koronavirusa yoluxanların sayı sürətlə artır

2020-07-10

gun az article

Güney azərbaycanlı ata və oğul həbsxanadan məzuniyyətə buraxılıblar

2020-07-10

gun az article

Türkmən insan haqları təşkilatı Abbas Lisaniyə qarşı çıxarılan hökmü qınayıb + Video

2020-07-10

gun az article

GünazTV July.09.2020-Sözümüz: Ədəbi körpü

2020-07-10

gun az article

GünazTV July.09.2020- Düşünməyə Çağrı: Ortadoğuda Türkiyənin Terörlə Mücadələsi və Güney Azərbaycan

2020-07-10

gun az article

Güney azərbaycanlı fəal Əli Əziziyə qarşı yeni ittiham irəli sürülüb

2020-07-09

gun az article

GünazTV July.09.2020: "Azərbaycanın Mandela"sına verilən 15 illik həbs cəzası təsdiqləndi"

2020-07-09

gun az article

Qərbi Azərbaycanda koronavirus qurbanlarının sayı 530 nəfəri ötüb

2020-07-09

gun az article

“United for İran” insan hüquqları təşkilatı güney azərbaycanlıların Abbas Lisaniyə dəstək klipini yayıb+ VİDEO

2020-07-09

gun az article

Güney azərbaycanlı siyasi məhbus Abbas Lisaniyə dəstək üçün Telegram kanalı yaradılıb

2020-07-09

gun az article

Qaradağ meşələrində yanğın baş verib

2020-07-09

gun az article

M.Ə.Rəsulzadə niyə dövlətimizi “Azərbaycan” adlandırılıb?- Məqalə

2020-07-09

gun az article

Ərəb və bəluc fəallardan güney azərbaycanlı milli-mədəni fəal Abbas Lisaniyə dəstək

2020-07-09

gun az article

Təbrizdə qaldırılan qız heykəlinin geyimi dəyişdirildi, yerinə qaytarıldı

2020-07-09

gun az article

Ərk cəmiyyətinin sədri: Abbas Lisani qeyd-şərtsiz sərbəst buraxılmalıdır

2020-07-09

gun az article

Ermənistanın Arazı çirkləndirməsi ilə bağlı xəbərdarlıq: "Muğanda xərçəng sunamisi yaranıb"

2020-07-09

gun az article

GünazTV July.08.2020: İranın hərbi məntəqələrində patlayışlar, Abbas Lisaniyə dəstək.

2020-07-09

gun az article

Azərbaycan İnsan Hüquqları Cəmiyyəti Abbas Lisani ilə bağlı BMT-nin insan haqları nümayəndəsinə müraciət edib

2020-07-08