SON XƏBƏRLƏR

Qərb Rusiyaya tətbiq ediləcək geniş sanksiyalar paketi hazırlayıb

2022.02.12, 15:01
Qərb Rusiyaya tətbiq ediləcək geniş sanksiyalar paketi hazırlayıb

Gunaz.tv

Bu barədə “Reuters” ABŞ və Avropa rəsmilərinə istinadən məlumat yayıb. Bildirilib ki, Rusiyanın “SWIFT” sistemindən çıxarılmaması bəzi Avropa ölkələrinin etirazı səbəbi ilə nəzərdən keçirilmir.

Belə ki, həmin ölkələrin liderləri sistemdən kənarlaşdırılacağı təqdirdə Rusiyanın milyardlarla dollar məbləğindəki kredit borclarının ödəməyəcəyindən narahat olduqlarını vurğulayıblar.

Bununla belə, sanksiyaların Rusiyanın texnologiya və silah sektoru ixracına, eləcə də bəzi xüsusi oliqarxlara qarşı yönəldiyi qeyd olunub.

Adı açıqlanmayan ABŞ rəsmisi qeyd edib ki, Ukraynanın Rusiya tərəfindən fiziki işğalı baş verdiyi təqdirdə Rusiyanın dövlət dəstəkli ən böyük maliyyə institutlarından olan “VTB” bank, “Sberbank” da daxil olmaqla bir sıra banklarına sanksiyalar tətbiq ediləcək.

ABŞ rəsmiləri geniş sanksiyalar paketi ilə bağlı Almaniya, Fransa və Böyük Britaniyadan olan həmkarları ilə həftə ərzində baş tutmuş görüşlər nəticəsində önəmli inkişaf əldə edildiyini, xüsusilə də Almaniyanın səsləndirdiyi narahatlıqlarının bir çoxunun həll edildiyini qeyd ediblər. (musavat.com)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar