SON XƏBƏRLƏR

Qərb və İran nümayəndələri bu gün Vyanada görüşəcək

2022.08.04, 11:16
Qərb və İran nümayəndələri bu gün Vyanada görüşəcək

Gunaz.tv

"Bu həftənin sonunadək nüvə danışıqlarını canlandırmaq üçün danışıqlarda razılıq əldə edilməlidir və əgər danışıqlarda iştirak edənlər konsensus əldə edərsə, o zaman xarici işlər nazirləri onu təsdiqləmək üçün Vyanaya çağırılacaq"-deyə, yüksək rütbəli Qərb rəsmisi "Wall Street Journal"a bildirib.

O, İranın danışıqların yeni raundunda mövcud imkandan istifadə etmək istəyəcəyinə şübhə ilə yanaşdığını və bu səbəbdən danışıqları canlandırmaq üçün müzakirələrin yeni raundunun mümkün nəticələrinə dair gözləntilərinin çox aşağı olduğunu deyib. 

“Amerika razılaşma əldə etməyə hazırdır. İranın da tezliklə buna hazır olması aydınlaşacaq”.

Bu fikirləri isə Amerikanın xüsusu nümayəndəsi Robert Malli İranın nüvə proqramı ilə bağlı Vyanada keçiriləcək görüşlə bağlı bildirib.

Xüsusi nümayəndə məsələ ilə bağlı həddindən artıq nikbin olmaqdan çəkinməyi tövsiyə edib.

Qeyd edək ki, avqustun 4-də Avstriyanın paytaxtı Vyanada İranın nüvə proqarmı ilə bağlı Birgə Əhatəli Fəaliyyət Planı üzrə danışıqlar keçiriləcək.

Bunu İran üçün son cəhd də adlandırırlar. Görüşdə İran və ABŞ, Böyük Birtaniya, Fransa, Almaniya, Avropa İttifaqı, Rusiya və Çin nümayəndələri iştirak edirlər.

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar