SON XƏBƏRLƏR

Qərbi Azərbaycanda ağır yol qəzası: Ölən və yaralananlar var

2022.03.19, 05:21
Qərbi Azərbaycanda ağır yol qəzası: Ölən və yaralananlar var

Gunaz.tv

Soyuqbulaq şəhərinin Yanğınsöndürmə İdarəsinin başçısı Rəhman Əhmədi mediaya verdiyi açıqlamada qəza baş verən yolun əyalətin ən təhlükəli yollarından olduğunu deyib.

Onun sözlərinə görə, çox sayda döngələri olan yol ensiz olduğu üçün 65 kilometrlik məsafənin 80%-da ötmə hərəkəti qadağan edilib.

Qeyd edək ki, İranın avtomobil yolları dünyanın ən ölümcül yolları arasında yer alır.

İran Asiyada yol qəzalarında ölənlərin sayına görə yeddinci yerdədir.
Normal yollara malik olan ölkələrlə müqayisədə İranda yol qəzalarının sayı 10 dəfə daha çoxdur.

İranın Tibbi Ekspertiza Mərkəzinin yayınladığı son məlumata görə, ölkədə yol qəzalarında həyatını itirənlərin illik sayı ortalama 17 min nəfər, yaralananların sayı isə 35 min nəfər civarındadır.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar