"Urmu gölünün qurumasına seyrçi qalmayacağıq"- Qərbi azərbaycanlı fəallardan xəbərdarlıq

05.07.2022, 04:01

Qərbi Azərbaycan əyalətinin bir qrup milli-mədəni fəalı Urmu gölünün acınacaqlı durumu ilə bağlı bəyanat yayıb. Bəyanatda gölün qurumasının bölgə üçün doğuracağı faciələr barədə xəbərdarlıq edilir.

Gunaz.tv Quote | Gunaz article

Sənəddə gölün çox hissəsinin məhv olduğu, təcili və professional tədbirlər görülməsə milyonlarla Azərbaycan türkünün və qonşu xalqların həyatının təhlükəyə düşəcəyi qeyd olunub.

"Qərbi Azərbaycan fəalları 20 ildir ki, məsullarla görüşlərdə, stadionlarda, müxtəlif mədəni və ictimai tədbirlərdə, aksiyalarda, mediada və başqa yayım platformalarında Urmu gölünün qurumasının qarşısının alınması ilə bağlı xəbərdarlıqlar edirlər.

Ancaq görünən odur ki, mərkəzdə oturan hakim şovinist düşüncəli sistem başçıları bölgə xalqının həyati məsələsinə miliyyətçi və etnik fərqlilik gözü ilə baxırlar.

Qərbi Azərbaycan əyalətinin milli-mədəni fəalları olaraq bildiririk ki, əgər hökumət Azərbaycanın nadir təbiət incisinin bərpası üçün təcili və əməli addımlar atmasa, biz Urmu gölünün məhv edilməsini kənardan seyr etməklə, yalnız bəyanat verməklə kifayətlənməyəcəyik.

Küçələrə axışıb kütləvi aksiyalar vasitəsilə səsimizi dünya ictimaiyyətinə çatdırmağa çalışacağıq.

Bütün imkanlarımızdan istifadə edərək hakim sistemin Azərbaycanın sərvətlərini talamaqla, Azərbaycanı qarət etməklə qalmayıb onun Urmu gölünün qətlinə fərman verdiyini bütün dünyaya car çəkəcəyik"-deyə, bəyanatda yazılıb.

Qeyd edək ki, hazırda Urmu gölünün 90 faizə yaxın bir hissəsi məhv olub və bu səbəbdən gölün qurumuş yatağından qalxan duz fırtınaları bölgə üçün ciddi ekoloji problemlər yaradır. 

Keçmiş prezident Həsən Ruhaninin dövründə gölün bərpası ilə bağlı yaradılan qurumun bu günə kimi bərpa işlərində müsbət dəyişikliyə nail olmaması etirazlarla qarşılanıb. 

Yeni prezident İbrahim Rəisinin seçki qabağı təbliğat və təşviqat kampaniyasında da Urmu gölünün qurumasının qarşınının alınması ilə bağlı verilən vədlər özünü doğrultmayıb.

Məsələ ilə bağlı açıqlama verən Təbriz Universitetinin Su Mühəndisliyi fakültəsinin professoru, ekoloq Əhməd Faxirifərd iddiaların əksinə olaraq hökumətin Urmu gölünün bərpasına əhəmiyyət vermədiyini bildirib.   

Cavidan
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Səudiyyə Ərəbistanı 12 ildən sonra Suriyada konsulluq açacaq

2023-03-20

gun az article

İranda insanlar övladlarına geyim ala bilmir"-Xudabəxş Rzayi

2023-03-20

gun az article

Qızıl mədəninə silahlı basqın: 9 nəfər öldürüldü

2023-03-20

gun az article

Bu gün Novruz bayramıdır

2023-03-20

gun az article

Avstraliya İrana qarşı əlavə sanksiyalar tətbiq edib

2023-03-20

gun az article

“Azadlıq səsi”- “Terrorçu İranın qonşuluq diplomatiyası” və “Güney Azərbaycanın strateji xətti və milli duruşu” -VİDEO

2023-03-20

gun az article

İranlı narkotacirdən onlayn yolla heroin alan Mingəçevir sakini tutulub

2023-03-20

gun az article

Rusiyanın Ukraynadakı itkilərinin sayı 165 000-i ötüb

2023-03-20

gun az article

Mehriban Əliyeva Azərbaycan xalqını Novruz bayramı münasibəti ilə təbrik edib

2023-03-20

gun az article

Ceyhun Bayramov Brüsselə gedib

2023-03-20

gun az article

Xankəndi-Laçın yolunda ekoaksiyanın 99-cu günü: etirazçılar ruh yüksəkliyi ilə tələblərini irəli sürürlər

2023-03-20

gun az article

Ermənistan Zəngilan istiqamətində atəşkəsi pozub, sərhədçimiz yaralanıb

2023-03-20

gun az article

Azərbaycan XİN xalqı Novruz bayramı münasibətilə təbrik edib-FOTO

2023-03-19

gun az article

Yaponiya Sahil Mühafizəsi: Şimali Koreya ballistik raket atıb

2023-03-19

gun az article

"Odlar yurdu, cazibədar, heyrətamiz gözəlliyə malik ölkə" - “The Travel” Azərbaycandan yazıb

2023-03-19

gun az article

Azərbaycan Prezidenti Ermənistanın 29 min kvadratkilometr ərazidə rahat yaşaması üçün şərti açıqlayıb

2023-03-18

gun az article

Dövlət başçısı Talış kəndində Novruz tonqalını alovlandırıb

2023-03-18

gun az article

İranda polisi öldürməkdə ittiham edilən şəxs edam edildi

2023-03-18

gun az article

Ermənistan səfirliyimizə hücumu pisləyən bəyannaməyə qarşı çıxdı

2023-03-18

gun az article

Çanaqqala zəfərinin 108-ci ildönümüdür

2023-03-18