SON XƏBƏRLƏR

Hərbi-polis rejiminin nəzarəti altında azərbaycanlı gəncin dəfn mərasimi keçirilib

2022.11.08, 15:30
Hərbi-polis rejiminin nəzarəti altında azərbaycanlı gəncin dəfn mərasimi keçirilib

Gunaz.tv

Noyabrın 8-də Qərbi Azərbaycan əyalətinin Qoşaçay (Miyandab) şəhərində hökumət məmurları tərəfindən öldürülən azərbaycanlı gənc Mehran Şikarinin dəfn mərasimi keçirilib.

Verilən məlumatlarda dəfn mərasimində polis qüvvələri ilə yanaşı çox sayda mülki geyimli təhlükəsizlik və SEPAH məmurları mərasimə nəzarət edib, yas mərasiminin tez başa çatması üçün ailəyə təzyiq göstəriblər.

Hökumət məmurları tərəfindən öldürülən azərbaycanlı şairə Hədis Nəcəfinin noyabrın 4-də keçirilən 40 mərasimində güllələnərək öldürülən Mehran Şikarı İran-İraq müharibəsində həyatını itirən zabit nəvəsidir.

Dəfn mərasiminə hərbi-polis və təhlükəsizlik məmurlarının nəzarət etməsindən, Mehran Şikarinin yaxınlarının yas tutmasına icazə verilməməsindən qəzəblənən qoşaçaylılar noyabrın 10-u, Mehran Şikarinin 3 mrasiminə aksiyaya çağırış ediblər.

İran İnsan Haqları Təşkilatının verdiyi son məlumata görə, İranda etraz aksiyaları başlayandan bu günə kimi 50-i uşaq olmaqla 321 nəfər öldürülüb.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar