SON XƏBƏRLƏR

Qərbi Azərbaycan fermerləri ağır durumdadır

2022.02.25, 10:57
Qərbi Azərbaycan fermerləri ağır durumdadır

Gunaz.tv

O, Qərbi Azərbaycan əyalətinin strateji məhsulu olan almanın satışı və ixracatında ciddi problemlərin olduğunu və bu səbəbdən fermerlərin çətin duruma düşdüklərini bildirib.

“Məhsulun əsas alıcı ölkələrindən biri Əfqanistan idi və bu Qərbi Azərbaycandan bu ölkəyə illik 250 milyon ton alma göndərilirdi. Hazırda Əfqanistanda baş verən siyasi dəyişikliklərə görə bu dayandırılıb”-deyə, Əkbəri bildirib.

Qeyd edək ki, Qərbi Azərbaycan, xüsusilə Urmu bölgəsinin əsas gəlir qaynaqlarından biri birinci dərəcəli alma məhsuludur.

Son illər, özəlliklə 2020-ci ildən başlayaraq kənd təsərrüfatı məhsulların ixracında problemlər yaranıb.

Əlaqədar dövlət qurumların bağçılara dəstək verməməsi yüz minlərlə ton məhsulun zay olmasına, fermerlərin  müflis olmasına səbəb olub.

Bundan öncə Rusiya, Azərbaycan Respublikası, Hindustan, İraq, Türkiyə və Pakistana ixrac edilən məhsulun satılmaması bağçılarla birgə bu sahə tacirlərinin də iflas etməsin gətirib çıxarıb.

C.E  
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar