SON XƏBƏRLƏR

Qərbi Azərbaycanın kinoteatr problemi: "Urmuda yalnız iki kinoteatr fəaliyyət göstərir"- Məsud Yekani

2021.11.20, 14:07
Qərbi Azərbaycanın kinoteatr problemi: "Urmuda yalnız iki kinoteatr fəaliyyət göstərir"- Məsud Yekani

Gunaz.tv

O, bundan öncə əyalətdə 12 kinoteatrın mövcud olduğunu, ancaq hal-hazırda Urmuda “İnqilab” və “İran” kinoteatrlarının fəaliyyət göstərdiyini söyləyib.

Yekani başqa kinoteatrların fəaliyyətsizliyini onların köhnəlməsi, yenilənmələri üçün vəsait ayrılmaması, məsulların məsuliyyətsiz münasibəti və iqtisadi gəlirlərinin yetərincə olmaması iıə əlaqələndirib.

“Uzun illərdir ki, əyalətdə kinoteatrların təmiri və fəaliyyətinə laqeyd yanaşılır. Bu sahənin yenidən dirçəlməsi üçün məsulların dəstəyi vacibdir”-deyə, Məsud Yekani əlaqədar qurumların bu sahəyə yardım etmədiklərini qeyd edib.

Qərbi Azərbaycanda ilk filmin nümayişi Xoy şəhərinin 315 yerlik “İran” kinoteatrında 1931-ci ilə təsadüf edir.
Bundan 30 il sonra, 1961-ci ildə Urmu şəhərində ilk kinoteatr fəaliyyətə başlayıb. 

Hal-hazırda əyalətdə mövcud olan bütün kinoteatrların yaşı 60-dan yuxarıdır və onların bir çoxu dağılmaq üzrədir.

İran Mədəniyyət Nazirliyi son 30 il ərzində Qərbi Azərbaycan əyalətində yeni kinoteatrların tikintisinə büdcə ayırmamaqla yanaşı, mövcud olan köhnəlmiş kinoteatrların təmiri və bərpasınada vəsait ayırmaqdan imtina edib.

Qeyd edək ki, 34 min kvadrat kilometr ərazisi olan Qərbi Azərbaycan əyalətinin İran-İraq müharibəsi zamanı 35 min itki verməsinə baxmayaraq, bir çox sahələrdə İranın ən geri saxlanılmış əyalətlərindən biri hesab edilir. 

C.E   
 

Açıklama yok.

Məsud Yekani

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar