SON XƏBƏRLƏR

Qərbi Azərbaycan mədənlərinin gəlirinin yalnız 3%-i əyalətə qalır

2022.02.09, 13:46
Qərbi Azərbaycan mədənlərinin gəlirinin yalnız 3%-i əyalətə qalır

Gunaz.tv

Seyid Salman Zakir əyalət mədənlərindən əldə edilən gəlirin yalnız 3%-nın Qərbi Azərbaycana ayrılmasını tənqid edib.

O, əyalətdə 500-dən çox müxtəlif mədənin fəaliyyət göstərdiyini, lakin emal müəssisələrinin tikilmədiyini bildirib. 

“Əyalətin gəlirlərinin özünə qaytarılmasına nail ola bilməmişik. Ötən il Qərbi Azərbaycanın mədənlərdən əldə etdiyi gəlir 132 milyard tümən olduğu halda bunun yalnız 3%-i əyalətə qayıdıb ki, bu da istiqraz şəklində olub”-deyə, millət vəkili bildirib.

Salman Zakir Qərbi Azərbaycanın mədənlər baxımından ölkədə birinci yerlərdən tutduğunu, lakin bunun yerli əhali üçün hiss olunacaq səviyyədə bir xeyrinin olmadığını vurğulayıb.

Qeyd edək ki, Qərbi Azərbaycanın Zərşuran və Ağdərə qızıl mədənləri Yaxın Şərqin ən böyük qızıl mədəniləri sayılır.

Zərəşoran mədəninin səhmdarları və sahibləri ölkənin mərkəzində yerləşən, farsların üstünlük təşkil etdiyi əyalətlərdəndir.

Onlar mədəndən hasil edilən xam məhsulu ölkənin mərkəzinə göndərirlər, beləliklə, ondan əldə edilən gəlirlərdən İsfahan, Kirman, Yəzd və Tehran kimi əyalətlər faydalanır.

 

به جد پیگیر استفاده بهینه از ظرفیت های آذربایجان غربی در حوزه های مختلف  هستیم - ایسنا

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar