SON XƏBƏRLƏR

Qərbi Azərbaycanda ərzaq malları kəskin bahalaşdı

2021.10.23, 09:32
Qərbi Azərbaycanda ərzaq malları kəskin bahalaşdı

Gunaz.tv

Xüsusilə meyvə-tərəvəz, balıq, ət, quru meyvələr, dənli bitkilər, yumurta və quş ətinin qiyməti bahalaşıb.
Adıçəkiən məhsulların bahalığı ilə yanaşı onların qıtlığı da əhalinin narazılığına səbəb olub.

Xüsusilə toyuq ətinin qiyməti bir həftə ərzində bir neçədə dəyişib.

Hər kiloqram toyuq ətinin dəyəri 24 min tüməndən 38 min tümənə yüksəlib.

Qeyd edək ki, Qərbi Azərbaycan əyaləti toyuq əti istehsalında ölkədə birinci yerlərdən birini tutur.

Cari günəş ilinin əvvəllərində yerli istifadəçilərin kiloqramını 18 min tümənə əldə etdikləri toyuq əti başqa bölgələrə ixrac olunduğu halda, ilin ikinci yarısında qiymətin iki dəfə artması və məhsulun tapılmaması alıcıların təəccübləndirib.

Urmu sakini Fəramərz Bədi “İlna” xəbər agentliyinin müxbirinə verdiyi açıqlamada  deyib ki, Qərbi Azərbaycanın toyuq istehsalçısı olduğu halda qiymətin artması və qıtlıq yaranması anlaşılmazdır.

“Bu necə olur ki, toyuq əti istehsalçısı olan bir bölgədə bir-iki gün içində qiymətlər qalxır və məhsul yoxa çıxır”-deyə, urmulu Fəramərz təəccübünü gizlətməyib.

Mədən Sənayesi və Ticarət Təşkilatının Təftiş və İstehlakçıların Hüquqlarının Müdafiəsi üzrə Nəzarət Şurasının sədr müavini İrəc Mərəndi mediaya verdiyi açıqlamada problemin araşdırılması və həlli ilə bağlı əlaqədar qurumlarla toplantı keçirəcəklərini deyib.

O, bazarda toyuq əti qıtlığının səbəbini əyalətdə quşlarda kəskin tənəfdfüs xəstəliklərinin yayılması və bununla bağlı kəsim faizinin azaldılması ilə əlaqələndirib.

Əyalətin Kənd Təsərrüfatı Təşkilatının başçısı Əkbər Kəraməti yerli əhali və mətbuat nümayəndələrinin müraciələrinə cavab olaraq heç bir qıtlığın olmadığını iddia edərək əlavə məlumat verməkdən imtina edib.

C.E 
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar