SON XƏBƏRLƏR

Qərbi Azərbaycan valisi kürd radikalları və narkotik alverçiləri ilə görüşüb

2022.04.15, 11:51
Qərbi Azərbaycan valisi kürd radikalları və narkotik alverçiləri ilə görüşüb

Gunaz.tv

Valinin görüşdüyü qrup Ötən əsrin əvvəllərində Qərbi Azərbaycanda türklərə qarşı qırğın törətdiyi üçün “Urmu qəssabı” kimi tanınan İsmayıl Simitqonun nəvəsi və məşhur narkotik qaçaqmalçısı və İran kəşfiyyatının əməkdaşı küdəsilli Naci Şərif Zindəştinin nəzarəti altında fəaliyyət göstərir.

Bu qrup parlament və Şəhər Şurası seçkiləri zamanı dahada aktivləşir, başqa bölgələrdən kürdlərin Qərbi Azərbaycanda kürd namizədlərə səs vermələri üçün gətirilmısi ilə məşğul olur və Azərbaycan torpaqlarının kürd əraziləri kimi qələmə verilməsində geniş təbliğat fəaliyyətləri aparırlar.

Ötən həftə Qərbi Azərbaycan əyalətinin “Xomeyni” adına yardım fondunun başçısı Əziz Səhəndi adı çəkilən qrupun əsas başçılarından olan Naci Şərif Zindəşti ilə görüşüb və onu xeyriyyəçi kimi qələmə verərək təqdirnamə, hədiyyə verib.

Qrup üzvləri ilə görüşən Qərbi Azərbaycan əyalətinin valisi Məhəmmədsadiq Motəmediyan İran İnqilab keşikçiləri Korpusunun (SEPAH) yüksək rütbəli komandirlərindən olub və onun İbrahim Rəisi tərəfindən əyalətə vali təyin edilməsi azərbaycanlıların narazılığı ilə qarşılanıb.

Qeyd edək ki, Naci Şərif Zindəşti İran Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin nəzarəti ilə bölgədə əsas narkotik maddələrin qaçaqmalçılarından biridir.

O, bununla yanaşı dəfələrlə xaricdə, özəlliklə Türkiyədə yaşayan iranlı müxaliflərə qarşı süi-qəsdlərin həyata keçirilməsində və onların oğurlanaraq İrana gətirilməsində iştirak edib.

2020-ci ilin dekabr ayında Zindəştinin başçılıq etdiyi cinayətkar dəstə İsveçdə 14 il sürgündə olan iranlı müxalifətçi Həbib Çaab Türkiyəyə səfər edəndən sonra Naci Şərif Zindaşti və adamları tərəfindən İrana qaçırıldığı məlum olmuşdu.

 Türkiyə Milli İstihbarat Təşkilatı (MİT) bununla bağlı əməliyyat keçirmiş və əməliyyat nəticəsində 11 İran agentini ələ keçirmişdi.
 
Naci Şərif Zindəştinin yaratdığı cəsus şəbəkəsinin üzvləri olduğu açıqlandı. Maraqlı məqamlardan biri budur ki, Zindəşti hələ 2007-ci ildə İranda narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqəli açılmış cinayət işində tutularaq edama məhkum edilib. 

Amma sonradan o, müəmmalı şəkildə istintaqdan yayınaraq Türkiyəyə “qaçmağa” nail olub. 2018-ci ildə isə İstanbul Prokurorluğu bu şəxsə qarşı silahlı cinayətkar birlik yaratma, narkotiklərin qanunsuz dövriyyəsi, adam oğurluğu və qəsdən adam öldürmə ittihamları irəli sürüb.

Lakin o, yox olaraq yenidən İranda peyda olub. 

Açıklama yok.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar