SON XƏBƏRLƏR

Qərbi Azərbaycan xalçaçıları sığorta xidmətindən istifadə edə bilmir

2021.11.02, 08:08
Qərbi Azərbaycan xalçaçıları sığorta xidmətindən istifadə edə bilmir

Gunaz.tv

Əyalətdə əldə toxuma xalça sahəsinin tanınmış mütəxəssislərindən sayılan Ruqəyyə Rəzzaqi əldə toxuma xalçalara tələbatın azaldığını deyib.

Onun sözlərinə görə, buna səbəb son illər xammal qiymətlərinin qalxması, məhsulun bahalaşması və əhalinin maddi durumunun pisləşməsidir.

O, bu amillərin Qərbi Azərbaycanda əldə toxuma xalçaçılığa ciddi ziyan vurduğunu deyib.

Onun fikrincə, bu faktorlar bu sahədə çalışanların çətin duruma düşməsinə gətirib çıxarıb.

Bununla yanaşı R.Rəzzaqi xalçaçıların sosial təminat siğortasından istifadə edə bilmədiyini, bu sahənin inkişafı ilə bağlı stimullaşdırıcı amillərin olmadığını və bu problemin yeni sənətkarların xalçaçılığa gəlməsinə mane olduğunu deyib.

Qərbi Azərbaycan əyalətinin Sənaye, Mədən və Ticarət Palatasının başçısı Qulamrza Babayi də bu problemdən bəhs edib.

Məsələ ilə bağlı verdiyi açıqlamasında o, hazırda əyalətdə çalışan 72 min xalçaçıdan yalnız 17 min nəfərin siğorta xidmətlərindən istifadə edə bildiyini deyib.

Onun sözlərinə görə, 50 mindən çox xalçaçı bu xidmətdən məhrumdur.

“Sosial Təminat Təşkilatı yetərli budcəyə malik olmadığı üçün xalçaçıları siğorta edə bilmir”-deyə, Babayi “İlna” xəbər agentliyinə verdiyi açıqlamada bildirib.

C.E

آذربایجان غربی رتبه نخست کشور در پرداخت تسهیلات رونق تولید را بدست آورد -  خبرگزاری شبستان ، رسانه حوزه دین ، فرهنگ و اندیشه

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar