SON XƏBƏRLƏR

Qərbi Azərbaycan əyaləti inkişaf göstəricilərinə görə geri qalıb

2022.04.19, 11:29
Qərbi Azərbaycan əyaləti inkişaf göstəricilərinə görə geri qalıb

Gunaz.tv

“Qərbi Azərbaycan əyalətinin ölkənin əsas dəhlizlərindən birində yerləşməsinə, müxtəlif sərhəd terminallarına malik olmasına və beynəlxalq ticari üstünlüklərinə baxmayaraq mövcud potansialdan istifadə olunmayıb”-deyə, vali bildirib.

O, bildirib ki, Qərbi azərbaycanlılar hakimiyyətdən əyalətə sərmayə qoyuluşuna dəstək verməsini gözləyir. Vali prezidentin əyalətə gözlənilən səfəri zamanı əhalinin problemlərinin həlli yönündə ciddi tədbirlərin görülməsinin vacibliyini qeyd edib.

Qeyd edək ki, son statistikaya əsasən ölkə üzrə yoxsulluq göstəricisinə görə, Qərbi Azərbaycan əyaləti birinci yeri tutur.

Ölkə üzrə ُyoxsulluq indeksi 49.6 faiz olsa da, cəmi 23 əyalətin ُgöstəriciləri ölkə ortalamasından yüksəkdir. Bu isə həmin əyalətlərdə işsizlik və inflyasiyanın yüksək olduğunu, məişət şəraitinin digər əyalətlərə görə daha pis vəziyyətdə olduğunu göstərir.

Qərbi Azərbaycan əyalətindən sonra Kürdüstan və Loristan əyalətləri müvafiq olaraq ُyoxsulluq indeksinə görə ikinci və üçüncü yeri tuturlar. 

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar