SON XƏBƏRLƏR

Qərbi Azərbaycan əyalətində ağır yol qəzası baş verib-Ölən və yaralananlar var

2022.01.05, 14:32
Qərbi Azərbaycan əyalətində ağır yol qəzası baş verib-Ölən və yaralananlar var

Gunaz.tv

Əmir Cəfərzadənin verdiyi məlumata görə, yol nəqliyyat qəzası dekabrın 4-ü, gecə saatlarında Makı-Bazərqan yolunda olub.

Onun sözlərinə görə, iki minik avtomobilinin ağır yük maşını (TIR) ilə toqquşması nəticəsində 2 nəfər hadisə yerində ölüb, 3 nəfər ağır bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

Ə.Cəfərzadə yaralılardan birinin xüsusi avadanlıqlar vasitəsilə avtomobildən çıxarıldığını deyib. Onun sözlərinə görə yaralının durumu ağırdır.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar