Nasir Ətəbati həbs olunanların kimliyi barədə açıqlama verməyib. Lakin əyalətin Baş Baytarlıq İdarəsinin yüksək rütbəli məmurları olduğunu və korrupsiya əməllərinə görə saxlanıldıqlarını iddia edib.
Ətəbati həbs olunan dövlət məmurları barəsində zindan cəzası ilə yanaşı vəzifədən uzaqlaşdırmaq, şallaq və nağd cərimə cəzasına məhkum olunduqlarını açıqlayıb.
Qeyd edək ki, İranda xüsusilə son illər korrupsiya geniş miqyas alıb və dövlət qurumlarının əksəriyyətində kök salıb.
Beynəlxalq Şəffaflıq Təşkilatının yeni yaydığı 2021-ci ildə Korrupsiya Qavrama İndeksində İran 180 ölkə arasında 150-ci yeri tutub.
Timur