SON XƏBƏRLƏR

Qərbi Azərbaycan əyalətində dünya ermənilərinin illik mərasimi keçirilir

2022.07.29, 08:19
Qərbi Azərbaycan əyalətində dünya ermənilərinin illik mərasimi keçirilir

Gunaz.tv

O, bu mərasimdə İran erməniləri ilə yanaşı dünyanın müxtəlif ölkələrində və Ermənistanda yaşayan ermənilərin də iştirak edəcəyini və başqa vətəndaşların 3 gün müddətinə Çaldırana girişinə məhdudiyyətlər tətbiq ediləcəyini, "Qara kilsə"yə girişə qadağa qoyulduğunu deyib.

Qeyd edək ki, "Badarak" mərasimi 68 il bundan öncədən həzrəti İsanın Tadeus adlı şagirdlərindən birinin ölümünün ildönümü bəhanəsi ilə keçirilir.

Burada İran, Ermənistan və dünyanın başqa ölkələrindən minlərlə erməni toplaşır və bundan dini mərasimdən daha çox erməni millətçiliyininin təbliğ vasitəsi kimi istifadə olunur.

İranda sünni, bəhailərin, sufi və dərvişlərin, yəhudilərin fəaliyyətlərinin qadağan olunmasına, onlara qarşı davamlı basqıların göstərilməsinə baxmayaraq, ermənilərin fəaliyyəti dəstəklənir.

Hər il Azərbaycanın Qara kilisa tarixi abidəsinin ətrafına toplaşan minlərlə erməni milliyyətçi çıxışlar edir, Güney Azərbaycana, Azərbaycan Respublikasına və Türkiyə Cümhuriyyətinə qarşı torpaq iddialarını təkrar edirlər.

"Qara kilsə" Qərbi Azərbaycan əyalətinin Çaldıran şəhərinin 20 kilometr şimal-qərbində yerləşir.

Bölgədə yol və başqa infrastrukturun bərbad gündə olmasına baxmayaraq, Tehran hökuməti ermənilərin tədbirlərinin keçirilməsi üçün yalnız "Qara kilsə" yol çəkib, başqa infrastrukturlar quraşdırıbdır.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar