SON XƏBƏRLƏR

Qərbi Azərbaycan əyalətində yol qəzası baş verib-Ölənlər var

2022.02.02, 14:51
Qərbi Azərbaycan əyalətində yol qəzası baş verib-Ölənlər var

Gunaz.tv

Onun szölərinə görə, Makı-Çaypara yolunda yüngül yük maşınının aşması nəticəsində 3 nəfər yerindəcə ölüb, 1 nəfər isə ağır yaralanıb.

M.Məhəmmədnejad fevralın 2-i, yerli günorta saatlarında baş verən hadisədə yaralanan şəxsin ağır vəziyyətdə xəstəxanaya çatdırıldığını, hadisənin isə sürücünün nəzarəti itirməsi səbəbindən baş verdiyini söyləyib.

Yerli sosial media istifadəçilərinin bildiridiyinə görə, qəza Makı-Çaypara yolunun standartlara uyğun olmaması, yolun çox hissəsində asfalt örtüyünün dağılması üzündən baş verib.

Qeyd edək ki, İranın avtomobil yolları dünyanın ən ölümcül yolları arasında yer alır.

İran Asiyada yol qəzalarında ölənlərin sayına görə yeddinci yerdədir.
Normal yollara malik olan ölkələrlə müqayisədə İranda yol qəzalarının sayı 10 dəfə daha çoxdur.

İranın Tibbi Ekspertiza Mərkəzinin yayınladığı son məlumata görə, ölkədə yol qəzalarında həyatını itirənlərin illik sayı ortalama 17 min nəfər, yaralananların sayı isə 35 min nəfər civarındadır.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar