SON XƏBƏRLƏR

Qərbi Azərbaycan əyalətinin kürdləşdirilməsi prosesi sürətləndirilib

2022.05.05, 11:31
Qərbi Azərbaycan əyalətinin kürdləşdirilməsi prosesi sürətləndirilib

Gunaz.tv

O, 30 kəndin Soyuqbulağa verilməsi məsələsini gündəmdə saxlayacağını deyib və bununla bağlı İran daxili işlər nazirinə müraciət etdiyini qeyd edib.

Bundan öncə 2019-cü ildə Calal Mahmudzadə Qərbi Azərbaycan əyalətinin güney bölgəsində kürd əyalətinin yaradılması ilə bağlı məsələ qaldırmışdı.

Bununla yanaşı kürd millət vəkili dəfələrlə əyalətin türkcə olan yer adlarının dəyişdirilərək kürd və ya fars adları verilməsini təklif edib.

2021-ci ildə Qoşaçayın İran parlamentindəki nümayəndəsi və İnqilab Keşikçiləri Korpusunun komandirlərindən olan Mehdi İsazadənin təklifi və səyləri nəticəsində Qoşaçay 3 yerə bölünərək kiçik bölgələrə ayrıldı.

Bunun gələcəkdə yaradılması planlaşdırılan yeni kürd əyalətinə birləşdirilməsi üçün həyata keçirildiyi deyilir.

Qeyd edək ki, uzun illərdir Qərbi Azərbaycan əyalətinin güney bölgələrində “Mahabad” və ya “Məkriyan” adlı yeni kürd əyalətinin qurulması planlaşdırılır.

Bu, güney azərbaycanlıların, bir sıra türk millət vəkillərinin sərt reaksiyaları nəticəsində gecikdirilsə də, bu yöndə fəaliyyətlər davam etdirilir.

İranın Dövlət Radio və Televiziyasının rəsmi internet saytında Qərbi Azərbaycan şəhəri olan Mahabad əyalətlər sırasında ayrıca bölgə kimi göstərilir. 

gun az articleCavidan   
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar