Qərbi Azərbaycan əyalətinin valisi: “Əyalət mədənlərinin bölgədə məşğulluq sahəsindəki payı cüzidir”

21.12.2021, 17:54

Qərbi Azərbaycan əyalətinin valisi Məhəmmədsadıq Mötəmediyan əyalətin televiziya kanalına verdiyi müsahibədə işsizlik problemindən danışıb.

Gunaz.tv Quote | Gunaz article

O, Qərbi Azərbaycanda yerləşən mədənlərinin bölgədə işsizlik probleminin həllində cüzi rol oynadığını deyib. 

“Qərbi Azərbaycan ölkə üzrə mədən potensialına görə öndə gedən əyalətlərdən biri olmasına baxmayaraq, axtarış və istixrac əməliyyatlarında sistemli şəkildə modern üsullar tətbiq edilmyib”-deyə, vali bildirib. 

O, ölkədə mövcud olan mədənlərin 5%-nin Qərbi Azərbaycanda olmasına baxmayaraq, bu sahədən əyalətin payına düşən məşğulluq və gəlirin yalnız 1% olduğunu qeyd edib. 

Mötəmediyan əyalətin türkiyə ilə uzun sərhəddinin olmasını, İranın Avropaya çıxış qapısının əyalət gömrükləri olduğuna toxunub və bölgədə beynəlxalq ticarətin inkişafına diqqət yetirilməsini vacib hesab edib.  

Qərbi Azərbaycan əyaləti ölkə üzrə kənd təsərrüfatı məhsullarının istehsalında da ilk yerlərdən birini tutduğunu qeyd edən vali, bu sahədə də müxtəlif problemlərin, o cümlədən tanıtdırma, emal və tranzıt çətinliklərinin mövcudluğunu bölgə iqtisadiyyatına zərər vurduğunu bildirib. 

Qeyd edək ki, Orta Doğunun ən böyük qızıl mədənləri olan  Zərşuran və Ağdərə qızıl mədənləri Qərbi Azərbaycanın Tikantəpə (Tıkab) bölgəsində yerləşir.

Ancaq İran rejiminin ayrı-seçkilik siyasətləri nəticəsində bura ölkə üzrə ən ağır iqtisadi durumda olan bölgələrdən biridir. Tikantəpəni əyalət mərkəzi ilə birləşdirən münasib yol belə mövcud deyil.

Zərəşoran mədəninin səhmdarları və sahibləri ölkənin mərkəzində yerləşən, farsların üstünlük təşkil etdiyi əyalətlərdəndir.

Onlar mədəndən hasil edilən xam məhsulu ölkənin mərkəzinə göndərirlər, beləliklə, ondan əldə edilən gəlirlərdən İsfahan, Kirman, Yəzd və Tehran kimi əyalətlər faydalanır.

C.E

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Təbrizdə avtobus kirayələri kəskin artdı

2023-03-29

gun az article

Təbrizili sənətçilər Beynəlxalq Film Festivalında mükafatlandırılıb

2023-03-29

gun az article

Güney Azərbaycanda müəllimlər etiraz aksiyaları keçiriblər

2023-03-29

gun az article

 “Özümüz” proqramında müzakirə: “Osmanlı-Səfəvi ilişkisi”  - VİDEO

2023-03-29

gun az article

Mərənddə 5 nəfər edama məhkum edildi

2023-03-29

gun az article

"Biz hökumətdən əfv istəmirik, İslam Respublikasına son qoyulmalıdır"-Nərgiz Məhəmmədi

2023-03-28

gun az article

“Parlaq gələcək”: “Brüssel yürüşünün dəyərləndirilməsi” və “Cenevrədə BMT-də “Ərk” Cəmiyyətinin konfransı”  - VİDEO

2023-03-28

gun az article

“Azadlıq səsi” proqramında müzakirə- “Azərbaycana qarşı erməni-fars təxribatları”  -VİDEO

2023-03-27

gun az article

Tehranda Azərbaycan bayrağı asıldı

2023-03-27

gun az article

Təbrizdə aksiya: divarlara etiraz məzmunlu afişalar asıldı

2023-03-27

gun az article

“Dəyirmi masa”: “İranın Azərbaycana qarşı təhdidləri” və “Azərbaycanlıların Brüssel toplantısı” -VİDEO

2023-03-26

gun az article

Həmədanda Azərbaycan mahnısına görə restoran bağlandı

2023-03-26

gun az article

Güney azərbaycanlılar Brüsseldə mitinq keçiriblər

2023-03-25

gun az article

“Körpü”də müzakirə: “Güney Azərbaycanda məsələ dövlətsizlik məsələsidir” -VİDEO

2023-03-25

gun az article

Təbrizdə taksi kirayələri kəskin artdı

2023-03-25

gun az article

Xoyda baş verən zəlzələdə xəsarət alanların sayı açıqlandı

2023-03-24

gun az article

Ərdəbildən Azərbaycan Respublikasına dəstək

2023-03-24

gun az article

Güney Azərbaycanda 5.6 bal gücündə zəlzələ baş verib

2023-03-24

gun az article

Zənganlı fəal Hüseyn Bayat qeyri-müəyyən şəraitdə həbsdə saxlanılır

2023-03-24

gun az article

BMT ofisində "Ərk"-Azərbaycan İnsan Hüquqları Cəmiyyətinin konfransı keçirilib

2023-03-24