SON XƏBƏRLƏR

Qərbi Azərbaycanda həkim çatışmır: "İnsanlar adi iynə vurdurmaq üçün 300 kilometrə yol qət edir"

2021.11.22, 13:57
Qərbi Azərbaycanda həkim çatışmır: "İnsanlar adi iynə vurdurmaq üçün 300 kilometrə yol qət edir"

Gunaz.tv

İbrahim Həsəni Qərbi Azərbaycan əyalətlərinin şəhərlərində mütəxəssis tibb işçilərinin və həkimlərin çatışmadığını deyib.

O,  əyalət üçün illik nəzərdə tutulan həkimlərin 80-95 nəfər arası dəyişdiyini, əksəriyyətinin böyük şəhərlərə göndərildiyini deyib.

İbrahim Həsəni bu səbəbdən bir çox bölgələrdə həkim çatışmazlığı yaşandığını qeyd edib.

Bundan öncə əyalətin Sərdəşt və Piranşəhr bölgələrindən İran parlamentində millət vəkili olan Kamal Hüseynpur da eyni problemlə bağlı məsələ qaldırmışdı.

“Bölgədə adi bir anestezioloqun olmaması ucbatından cərrahi əməliyyata ehtiyacı olan insanlar günlərlə sərgərdan qalır və başqa şəhərlərə üz tutmağa məcbur olur”-deyə, millət vəkili bildirmişdi.

Kamal Hüseynpurun sözlərinə görə, Sərdəşt və Piranşəhr mahallarında 125 min nəfər üçün 15 həkim fəaliyyət göstərir. 

O, bir sıra xəstəliklərlə bağlı 125 min nəfər üçün bir həkimin qulluq göstərdiyini, hətta on minlərlə əhali üçün bir nevroloqun belə olmadığını vurğulayıb.

Onun sözlərinə görə, adıçəkilən şəhərlərin əhalisi adicə iynə vurdurmaq üçün 300 kilometrə yol qət edərək mərkəzə getməyə məcbur olurlar.

 C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar