Bu barədə Qərbi Azərbaycan əyalətinin Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin başçısı polkovnik İbrahim Cəlilnejad məlumat verib.
O, keçirilən əməliyyatlar nəticəsində 496 nəfəri narkotik maddə satıcısının saxlanıldığını, 11 cinayətkar dəstənin zərərsizləşdirildiyini deyib.
Qeyd edək ki, Qərbi Azərbaycan əyalətində silah-sursat, insan qaçaqçıları və narkotik maddə alverçiləri əsasən gəlmə etnik kürdlərdir.
Onlar İraqın şimalında yerləşən muxtar bölgə və PKK terror təşkilatı ilə əlaqəli şəkildə fəaliyyət göstərirlər.
İranın Təhlükəsizlik və Kəşfiyyat Nazirliyi, İnqilab Keşikçiləri Korpusunun (SEPAH) nəzarəti altında çalışırlar və ara-sıra adı çəkilən qurumların nəzarətindən qıraqda fəaliyyət göstərən dəstələrə qarşı əməliyyatlar keçirilir.
Timur