SON XƏBƏRLƏR

Qərbi Azərbaycanda 6 tarixi abidə milli əsərlər siyahısına salındı

2022.01.26, 15:11
Qərbi Azərbaycanda 6 tarixi abidə milli əsərlər siyahısına salındı

Gunaz.tv

Qərbi Azərbaycan əyalətinin Mədəni İrs, Turizm və Əl İşləri İdarəsinin başçısı Cəlil Cabbari, Tarixi Abidələrin Qeydiyyatı üzrə Milli Şuranın iclasında əyalətin 6 abidəsinin milli əsərlər siyahısına salındığı barədə mediaya məlumat verib.

O, “Ağdağ” tarixi məkani, Tikantəpənin “Yolqun ağac” kəndinin tarixi hamamı, Urmu şəhərinin “Fəqihbəyli”, “Muşabad” kilisaları və “Bərəsur” qalası, Şotun “Babur” qalasının tarixi abidələr kimi qeydiyyata alındığını bildirib.

Qeyd edək ki, bu günə kimi Qərbi Azərbaycan əyalətində mvcud olan minlərlə tarixi abidə, maddi və qeyri-maddi əsər və təbiət abidələrinin 1700-dən çoxu milli əsərlər siyahısına salınıb və bu İranda qeydiyyata alınan əsərlərin 5%-ə bərabərdir.

C.E

 

62161050.jpg?ts=1643105652576
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar