SON XƏBƏRLƏR

Qərbi Azərbaycanda üz minlərlə insanın qəzalı evlərdə yaşayır

2022.05.07, 06:49
Qərbi Azərbaycanda üz minlərlə insanın qəzalı evlərdə yaşayır

Gunaz.tv

Seyid Möhsün Həmzəlu əyalətdə yüz minlərlə insanın qəzalı evlərdə yaşadığını deyib.

“Qərbi Azərbaycan əyalətində 6588 hektar qeyri-rəsmi və riskli yaşayış məntəqələrində 544 min 444 ailə yaşayır və bunun 307 hektarı əyalət mərkəzi Urmu şəhərinin payına düşür"-deyə, Həmzəlu bildirib. 

Bundan öncə Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmunun Şəhər Şurasının Mədəniyyət Komissiyasının başçısı Gülşən Novruzi hökuməti şəhərlərə diqqət sahəsində ayrı-seçkilik etməkdə günahlandırıb.

“Ölkənin çöllük və quraq bölgələrindəki şəhərlər abadlaşdırıldığı bir halda Urmu şəhərinə diqqət ayrılmayıb”-deyə, Mədəniyyət Komissiyasının başçısı mərkəzi fars şəhərləri ilə Urmu şəhəri arasında fərq qoyulduğunu bildirib. 

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar