SON XƏBƏRLƏR

ETTELAAT quldurluq və xuliqanlıq üstündə tutulanları "İsrail casusu" kimi təqdim edir

2022.03.14, 10:10
ETTELAAT quldurluq və xuliqanlıq üstündə tutulanları "İsrail casusu" kimi təqdim edir

Gunaz.tv

Saxlanılanların sayı və kimliyi barədə heç bir açıqlama verməyən başçı bunun geniş əməliyyat olduğunu iddia edib.

ETTELAAT nümayəndəsi həbs olunan şəxslərin pul qarşılığında fəaliyyət göstərdiklərini və əyalətdə qarışıqlıq yaratmaq niyyətində olduqlarını söyləyib.

Qeyd edək ki, bundan bir neçə gün öncə Urmu şəhərində bir neçə nəfər saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunub.

Onlar əsasən xuliqanlıq və iğtişaş yaratmaqda ittiham olunaraq məhkəmə orqanlarına təhvil veriliblər.

Xarici və İran hökumətinə müxalif media qurumları təhlükəsizlik nümayəndəsinin casus şəbəkəsinin ifşası ilə bağlı iddialarını əsassız sayıb.

Onlar ETTELAAT-ın quldurluq və xuliqanlıq üstündə tutulan şəxsləri İsrail casusu kimi qələmə verməklə ölkə daxilində ictimai rəydə özünə qarşı rəğbət yaratmağa çalışırlar.

Həmçinin İsrailin nüvə və hərbi obyektlərə zərbələrini cavabsız qoymadıqlarını təlqin etməyə cəhd göstərirlər.

C.E 
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar