SON XƏBƏRLƏR

Qərbi Azərbaycanda evsizlərin sayı artıb

2022.01.04, 13:00
Qərbi Azərbaycanda evsizlərin sayı artıb

Gunaz.tv

Urmu Şəhər Şurasının Rabitə və Beynəlxalq Əlaqələr Şöbəsinin verdiyi məlumata görə, Şəhər Şurasının başçısı Məhəmməd Xəlilpur küçələrdə, kartonlarda gecələyən insanların çoxaldığını vurğulayıb, onların yerləşdirilməsi üçün sığınacağın olmadığını deyib.

“Kartonda yatanları sığınacaqla təmin etmək mümkün olmadığı üçün onların müvəqqəti gecələməsi üçün idman zallarından birini ayırmaq lazımdır”-deyə, Xəlilpur bildirib.

O, bununla yanaşı hələlik evsiz şəxslərin gecələməsi üçün şəhər nəqliyyat parkının avtobuslarndan bir neçəsinin onların yatması üçün ayrılmasının daha məqsədə uyğun olduunu söyləyib.

Şəhər Şurasının üzvü eyni halda əyalətdə, xüsusilə aztəminatlı bölgələrdə əhalinin problemlərinin və bahalığın dözülməz həddə çatdığını bildirib və əlaqədar qurumların qiymətlərin 
tənzimlənməsində əməli addımlar atmalı olduqlarını tələb edib.
Qeyd edək ki, son illər İranın əksər bölgələrində evsizlərin sayı çoxalıb.

Onlar kartonlarda, yeni qazılmış boş məzarlarda özləinə sığınacaq tapırlar. 

Son aylar havaların soyuması nəticəsində hökumət çöldə qalan vətəndaşları sığınacaqla təmin etmək yerinə Tehran başda olmaqla bir neçə böyük şəhərdə avtobuslar ayrılıb.

C.E

 

پاک‌سازی ورودی‌های شهر ارومیه از ضایعات فروشان

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar