SON XƏBƏRLƏR

Qərbi Azərbaycanda həbslər: 8 dövlət məmuru saxlanıldı

2021.11.29, 07:43
Qərbi Azərbaycanda həbslər: 8 dövlət məmuru saxlanıldı

Gunaz.tv

Məlumata görə, gömrüyün elektron sisteminə qanunsuz müdaxilə edən Sərv, Piranşəhr və Təmərçin keçid məntəqələrində çalışan 8 dövlət məmuru məlumatları saxtalaşdıraraq mütəşəkkil şəkildə “iPhone” markalı mobil telefonlarını qaçaqmalçılıq yolu ilə ölkəyə keçirməyə cəhd ediblər.  

Ətəbati qaçaqmalçılıq, korrupsiya və səlahiyyətlərindən su-istifadə edən şəxslərin saxlanılaraq Urmu zindanına köçürüldüklərini bildirib.

Onlarla əməkdaşlıqda şübhəli bilinən başqa şəxslər barədə araşdırmaların aparıldığı bildirilir.

Bundan bir həftə öncə isə Qərbi Azərbaycan əyalətinin Bukan şəhərində 4 bələdiyyə işçisi və onlarla əlbir olan dörd dəllal həbs olunaraq Urmu zindanına köçürülüb.

Son bir ildə Qərbi Azərbaycan əyalətində onlarla bələdiyyə, valilik, şəhər şurası, gömrük və başqa dövlət qurumlarının əməkdaşları korrupsiya və mənimsə, səlahiyyətlərindən su-istifadə ittihamı ilə gəbs olunublar.

Cari ilin əvvəllərində Beynəlxalq Şəffaflıq Təşkilatının yaydığı hesabata görə, İran dünyada ən çox korrupsiyaya bulaşmış ölkələrdən biri sayılır.

Hesabatda İran dünya üzrə 180 ölkə arasında korrupsiya miqyasına görə 149-cu yerdə qərarlaşır.

C.E
 

اولتیماتوم داداستان اردبیل به متخلفان فضای مجازی

Nasir Ətəbati

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar