SON XƏBƏRLƏR

Qərbi Azərbaycanda istehsal müəssisələrinin çoxu fəaliyyətini dayandırıb

2022.01.27, 12:53
Qərbi Azərbaycanda istehsal müəssisələrinin çoxu fəaliyyətini dayandırıb

Gunaz.tv

Qərbi Azərbaycan əyalətinin Sənaye Şəhərcikləri Şirkətinin icraçı dirrektoru Həsən Hatəmi əyalətdə 300 istehsal müəssisəsinin fəaliyyətinin dayandırıldığını deyib.

Sənaye Şəhərcikləri Şirkətinin adı çəkilən müəssisələrin yenidən fəaliyyətə başlaması üçün mümkün dəstəyi verdiyini deyən Hatəmi, problemin həllinin onların imkanından xaric olduğunu qeyd edib.

“İstehsalat sahəsində maneələrinin aradan qaldırılması, fəaliyyətlərinin asanlaşdırılması üçün işçi qrupunun yaradılması, daxili və beynəlxalq sərgilərdə sənaye müəssisələrinin təmsil olunmasına şərayit yaraqmaq, maliyyə dəstəyi və təzminatların ödənilməsi fəaliyyəti dayandırılmış müəssisələrin yenidən istehsala başlamalarına səbəb ola bilər”-deyə, Həsən Hatəmi bildirib.

Onun sölərinə görə, hazırda Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhərinin sənaye şəhərciyində mövcud olan 91 müəssisənin 20-I fəaliyyət göstərə bilmir.

Qeyd edək ki, Həsən Hatəminin fəaliyyət göstərdiyini dediyi 71 müəssisədə cəmi 1600 nəfər işləyir və bu işsizlik probleminin həllində ciddi əhəmiyyət daşımır.

Hazırda Qərbi Azərbaycan əyalətində iş yerlərinin olmaması əhalinin əsas problemlərindən biri sayılır.

Qərbi Azərbaycanın Əmək və Sosial Təminat baş İdarəsinin rəhbəri Əbülfəz İbadinin verdiyi rəsmi statistikaya görə, əyalətdə hazırda 144 min nəfər işsizdir və onların 24%-i Universitet məzunlarıdır.

Qeyd edək ki, Əmək və Sosial Təminat Baş İdarəsinin rəhbərinin verdiyi statistikanın doğruluğu şübhə doğurur.

Ona görə ki, bundan öncə may ayında Qərbi Azərbaycan əyalətində işsizlərin sayı ilə bağlı verilən statistikada işsizlik səviyyəsi 13.3% göstərilib.

Bu müddət ərzində İranın əksər əyalətlərində olduğu kimi Qərbi Azərbaycanda da yeni müəssisələri və iş yerlərinin açılması sahəsində heç bir irəliləyiş olmayıb.

C.E

مشکل تامین آب شهرک صنعتی شماره ۳ ارومیه برطرف شد | خبرگزاری ایلنا

Həsən Hatəmi
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar