SON XƏBƏRLƏR

Qərbi Azərbaycanda "korona" fəlakəti: Virus qurbanlarının sayı 7 minə yaxınlaşdı

2021.11.10, 09:48
Qərbi Azərbaycanda "korona" fəlakəti: Virus qurbanlarının sayı 7 minə yaxınlaşdı

Gunaz.tv

Əli Əhməd Ağapurun noyabrın 10-da mediaya açıqlamasında bildirib ki, son 24 saatda əyalətdə daha 611 nəfər infeksiyaya yoluxub və onlardan 190 nəfər tibb məntəqələrində yerləşdirilib.

“Hal-hazırda 963 koronavirus xəstəsi əyalət xəstəxanalarında müalicə olunur. Onlardan 220-i reanimasiya bölməsində yerləşdirilib, 51 xəstə isə süni tənəffüs aparatına qoşulub”-deyə, Ağapur bildirib.

O, son sutkada daha 6 COVİD-19 xəstəsinin həyatını itirdiyini, bununla da pandemiyanın başlamasından bu günə kimi Qərbi Azərbaycan əyalətində koronavirus qurbanlarının ümumi sayının 6962 nəfərə çatdığını qeyd edib.

Bu günə kimi Qərbi Azərbaycan əyalətində 310,849 nəfər COVİD-19 infeksiyasına yoluxub. 

Səhiyyə fəalları və müstəqil media İranda koronovirus qurbanlarının sayının verilən rəsmi statistikadan bir neçə dəfə çox olduğunu bildirirlər. 

C.E 
 

Açıklama yok.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar