Qərbi Azərbaycanda koronavirusa yoluxma halları 4 dəfə artıb

2020-06-21 17:31

Güney Azərbaycanın Qərbi Azərbaycan əyalətində koronavirusa yoluxanların sayı orta hesabla gündə 226 nəfərə çatıb.

Gunaz.tv Quote | Gunaz article

Bu barədə, Qərbi Azərbaycanın səhiyyə xidmətinin rəhbəri və Urmiya Tibb Universitetinin rəisi Cavad Ağazadə İran Prezidenti Həsən Ruhaninin iştirakı ilə keçirilən videokonfransda məlumat verib.

Ağazadənin sözlərinə görə, bu rəqəm koronavirusun yayılmağa başladığı ilk aylarda orta hesabla 47 nəfər olub.

 

 

Pandemiyanın başlanmasının ilk üç ayında (fevral 20- may 20) hər 100 min nəfərdən 130 nəfərdə koronavirus xəstəliyinin aşkarlandığını deyən Ağazadə bu rəqəmin xordad ayında (may 21-iyun 21) 330 nəfərə çatdığını açıqlayıb.

“İlk üç ayda orta hesabla hər gün koronavirusa yoluxan 22 nəfər xəstəxanaya yerləşdirilirdi. Lakin hazırda bu rəqəm orta hesabla hər gün 32.3 nəfərə çatıb,” deyə o bildirib.

 

 

Ağazadə qarşıdan gələn iki həftə ərzində vəziyyətin daha da ağır olacağını deyib. Onun sözlərinə görə, Urmiyanın Taliqani xəstəxanasında yer olmadığına görə, Xomeyni xəstəxanası da artıq koronavirus xəstələrinin müalicəsi üçün nəzərdə tutulub.

 

 

Ağazadə həmçinin Qərbi Azərbaycan əyalətinin səhiyyə xidməti əməkdaşlarının gecikmiş maaşlarının ödənilməməsini tənqid edib.

Qərbi Azərbaycanın səhiyyə xidmətinin rəhbəri “mövcud dəhşətli vəziyyətdə” əməkdaşlarda mübarizəyə davam etmələri üçün motivasiya yaratmaq məqsədi ilə onların gecikmiş maaşlarının ödənilməsinin zəruri olduğunu bildirib.

 

 

Ü.F

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV Nov.23.2020 : “Xarici diplomatlar Ermənistanın vəhşiliyinə şahid oldular”

2020-11-23

gun az article

Qərbi Azərbaycan əyalətində çoxlu sayda silah və döyüş ləvazimatı ələ keçirilib

2020-11-23

gun az article

“Radio Fərda” Güneyli milli-mədəni fəal Səhənd Məali haqqında veriliş hazırlayıb

2020-11-23

gun az article

İranın cavan Rabitə və İnformasiya Texnologiyaları nazirinin Azərbaycan adı ilə düşmənliyi davam edir- FOTO

2020-11-23

gun az article

İranın təhlükəsizlik qüvvələri dini azlıqların evlərinə basqın edib

2020-11-23

gun az article

Kürd qaçaqmalçılar əfqan mühacirləri işgəncələrə məruz qoyublar- VİDEO

2020-11-23

gun az article

Urmiya gölündə suyun azalması davam edir

2020-11-23

gun az article

42 ay mübarizədən sonra güneyli “Onur” öz adını sənədləşdirə bilib

2020-11-23

gun az article

Türklərin tarixi əsəri İsfahanın metal tullantıları arasında tapılıb

2020-11-23

gun az article

Güney Azərbaycanın 3 milli-mədəni fəalının məhkəmə iclası keçirilib

2020-11-23

gun az article

Təbrizin “Traxtur” futbol Klubunun yeni icraçı direktoru seçilib

2020-11-23

gun az article

Mühəndis Əlirza Fərşinin Böyük Tehran Həbsxanasından azadlıq mesajı

2020-11-22

gun az article

"Həmədan Əyalətinin Mətbuat Tarixi" kitabı nəşr olunub

2020-11-22

gun az article

Abbas Lisani zindanda oturaq aksiya keçirib, məsullar cavab verməyə məcbur olublar: Görüş qadağası ləğv edilib, amma telefon əlaqəsi yox

2020-11-22

gun az article

GünazTV Nov.21.2020 : “Azərbaycan ordusu işğaldan azad edilən Ağdamdan Ali Baş komandana əsgər salamı verdi”

2020-11-21

gun az article

GünazTV Nov.20.2020 : 10Noyabr Bildirisindən sonra,Qarabağın Gələcəyi və Türkiyə_Rusya münasibətləri

2020-11-21

gun az article

GünazTV Nov.20.2020-Azadlıq səsi: Prezident Əliyev Xudafərinə səfəri və İranın narahatçılığı

2020-11-21

gun az article

Şərqi Azərbaycanın mədən gəlirlərinin 80% -i əyalətə qaytarılmır

2020-11-21

gun az article

"Əhər-Təbriz" yolunda ağır yol qəzası baş verib

2020-11-21

gun az article

Qərbi Azərbaycanda havanın tempraturu aşağı düşəcək, qar yağacaq

2020-11-21