SON XƏBƏRLƏR

Qərbi Azərbaycanda koronavirus qurbanlarının sayı yenidən artdı

2021.11.12, 13:32
Qərbi Azərbaycanda koronavirus qurbanlarının sayı yenidən artdı

Gunaz.tv

Əli Əhməd Ağapur bu gün mətbuata verdiyi məlumatda ötən 24 saat ərzində Qərbi Azərbaycan əyalətində daha 601 nəfərdə COVİD-19 infeksiyasının aşkar edildiyini, onlardan 183 nəfərin tibb məntəqələrinə yerləşdirildiyini bildirib.

“Son sutkada daha 16 koronavirus xəstəsi həyatını itirib. Bununla da əyalətdə bununla da pandemiyanın başlamasından bu günə kimi Qərbi Azərbaycan əyalətində koronavirus qurbanlarının ümumi sayının 6985 nəfərə çatıb”-deyə, Əli Əhməd Ağapur bildirib.

Hal-hazırda 977 koronavirus xəstəsi əyalət xəstəxanalarında müalicə olunur. Onlardan 209-i reanimasiya bölməsində yerləşdirilib, 48 xəstə isə süni tənəffüs aparatına qoşulub.

Bu günə kimi Qərbi Azərbaycan əyalətində 310 min nəfərdən çox şəxs COVİD-19 infeksiyasına yoluxub.

Səhiyyə fəalları və müstəqil media İranda koronavirus qurbanlarının sayının verilən rəsmi statistikadan bir neçə dəfə çox olduğunu bildirirlər. 

C.E 
 

Açıklama yok.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar