SON XƏBƏRLƏR

Qərbi Azərbaycanda koronavirusun “Omikron” ştammına yoluxma təsdiqləndi

2021.12.28, 15:14
Qərbi Azərbaycanda koronavirusun “Omikron” ştammına yoluxma təsdiqləndi

Gunaz.tv

Qərbi Azərbaycanın Koronavirusala Mübarizə üzrə Universit Qərargahının katibi Cəlil Musəvi bu gün mediaya verdiyi məlumatda əyalətdə koronovirusun “Omikron” ştammına ilk yoluxma halının təsdiq edildiyini bildirib.

Bundan öncə dekabrın 21-də Musəvi əyalətdə iki nəfərin koronavirusun yeni ştammı “Omikron”a yoluxması ehtimalı barədə şübələrin olduğunu demişdi.

O, yeni virusa yoluxmaqda şübhəli bilinən şəxslərdən analizlər götürüldüyü və onların dəqiqləşdirilməsi, yoxlanılması üçün Tehrana göndərildiklərini qeyd etmişdi.

Qeyd edək ki, Qərbi Azərbaycan əyalətinin valisinin siyasət, təhlükəsizlik və ictimai məsələlər üzrə müavini Əli Müstəfəvi bir sıra ölkələrin vətəndaşlarının Qərbi Azərbaycan əyalətinə girişinə qadağa qoyulacğı barədə mediaya açıqlama vermiş, qadağanın koronavirusun yeni ştammı “Omikron”un yayılması ilə bağlı olduğunu, xaricdən qayıdan iranlılara da tətbiq ediləcəyini demişdi. 

 C.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar