SON XƏBƏRLƏR

Qərbi Azərbaycanda aksiya: Mədən işçiləri etiraza qalxdı

2021.11.23, 09:05
Qərbi Azərbaycanda aksiya: Mədən işçiləri etiraza qalxdı

Gunaz.tv

Narazılar hüquqlarının pozulduğunu, əmək təhlükəsizliyinin qorunmadığını bildiriblər.

İşdən çıxarıldıqları barədə xəbər alan 100 işçi mədən ərazisinə toplaşaraq qızıl mədəninin bölgədə olan otlaq və əkin sahələrinin məhv etdiyini deyib və ona görə də onlara dolanışıq üçün mədənlərdə işləməkdən başqa seçim qalmadığını bildiriblər.

Onlar eyni halda mədən rəhbərliyinin dekabr ayında da ətraf bölgələrdən olan daha 150-170 arası işçinin işdən çıxarılacağı barədə göstəriş verdiyini deyiblər.

“İLNA” xəbər agentliyinin verdiyi məlumata görə, hamısı Tikantəpə kəndlərindən olan etirazçılar ilin yalnız 6 ayını işlədildiklərini, daimi işçilərin başqa əyalətlərdən gətirildiyini söyləyiblər.

“Ağdərə qızıl mədəninin podratçı şirkəti neçə illdir ki, ata-baba torpaqlarımıza, əkin sahələrimizə yiyəlləndiyi üçün biz mədəndən çıxarıldıqdan sonra kənd təsərrüfatı iıədə məşğul ola bilmirik”-deyə, etirazçıların nümayəndələrindən biri bildirib.

Qeyd edək ki, Zərşuran və Ağdərə qızıl mədənləri Qərbi AzərbaycanınTikantəpə bölgəsində yerləşir və Yaxın Şərqin ən böyük mədənləri sayılır.

Mədənlərin səhmdarları və sahibləri ölkənin mərkəzində yerləşən, farsların üstünlük təşkil etdiyi əyalətlərdəndir.

Onlar mədəndən hasil edilən xam məhsulu ölkənin mərkəzinə göndərirlər, beləliklə, ondan əldə edilən gəlirlərdən İsfahan, Kirman, Yəzd və Tehran kimi əyalətlər faydalanır.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar