SON XƏBƏRLƏR

Qərbi Azərbaycanda çap sənayesi məhv olmaq üzrədir

2021.10.20, 07:36
Qərbi Azərbaycanda çap sənayesi məhv olmaq üzrədir

Gunaz.tv

Məcid Muhibbi əyalətdə ənənəvi mətbəələrin sıradan çıxmaqda olduğunu bildirib. Onun sözlərinə görə, ofset mətbəələr ehtiyacın yalnız 30%-i təmin edə bilir.

Çap sahəsinin mədəniyyətin inkişafı və yayılmasında önəmli rol oynadığını deyən Məcid Muhibbi Qərbi Azərbaycan əyalətində bu sahənin inkişaf etdirilmədiyini qeyd edib.

“Təəssüflə bildirirəm ki, əyalətdə ənənəvi çap sənayesi sıradan çıxıb.

Ofset üsulu ilə fəaliyyət göstərən mətbəələr isə ehtiyacların yalnız 30%-i qarşılaya bilir. Onlar tədricən fəaliyyət sahəsini tərk etməkdədirlər”-deyə vurulayan Muhibbi bildirib ki, hökumət və investorlar bu sahəyə diqqəti artırmalıdır. 

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar