SON XƏBƏRLƏR

Qərbi Azərbaycanda silah qaçaqmalçıları ələ keçirilib

2022.07.26, 06:28
Qərbi Azərbaycanda silah qaçaqmalçıları ələ keçirilib

Gunaz.tv

Yəhya Hüseynxani deyib ki, əməliyyat nəticəsində 18 ədəd döyüş silahı aşkar edilərək götürülüb.

Y.Hüseynxani silah qaçaqmalçılarının həbs edilməsi üçün axtarış-əməliyyat tədbirlərinin keçirildiyini deyib.

Qeyd edək ki, Qərbi Azərbaycan əyalətində silah-sursat, insan qaçaqmalçıları və narkotik maddə alverçiləri əsasən gəlmə etnik kürdlərdir.

Onlar İraqın şimalında yerləşən muxtar bölgə və PKK terror təşkilatı ilə əlaqəli şəkildə fəaliyyət göstərirlər. 

İranın Təhlükəsizlik və Kəşfiyyat Nazirliyi, İnqilab Keşikçiləri Korpusunun (SEPAH) nəzarəti altında çalışırlar və ara-sıra adı çəkilən qurumların nəzarətindən qıraqda fəaliyyət göstərən dəstələrə qarşı əməliyyatlar keçirilir.   

Timur 
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar