SON XƏBƏRLƏR

Qərbi Azərbaycanda tarixi “Təxti-Süleyman” abidəsini qorumaq üçün kampaniya başladılıb

2022.03.04, 08:49
Qərbi Azərbaycanda tarixi “Təxti-Süleyman” abidəsini qorumaq üçün kampaniya başladılıb

Gunaz.tv

Beynəlxalq səviyyədə kampaniya başladan turizm bələdçiləri və fəalları Qərbi Azərbaycanın Tikantəpə bölgəsindəki “Təxti-Süleyman” (Suğurlu) tarixi abidəsi yaxınlığında yerləşən “Gölə gölə” dəmir filiz mədəninin fəaliyyətinin dayandırılmasını tələb ediblər.

Kampaniya iştirakçıları yaydıqları bəyanatda mədənin qaydasız fəaliyyəti nəticəsində tarixi "Təxti-Süleyman" tarixi komleksinin YUNESKO-nun siyahısından çıxarılması təhlükəsi ilə üzləşdiyini qeyd ediblər.

“10 kilometr uzunluğu, 5 metr eni olan və tarixi komleksin yerləşdiyi qorunan bölgədən keçən yolun çəkilməsi ilə əlaqədar yolun hər iki tərəfindən yerləşən təpələrin qazılaraq uçurdulması, yol boyunca bir sıra tarixi yer və əsərlərin dağıdılması və mədəndə davamı partlayışların həyata keçirilməsi YUNESKO-nun tarixi abidələrin qorunması ilə bağlı qəbul etdiyi  qaydalara ziddir"-milli fəalalr bildirib.  

Bundan öncə də dəfələrlə Gölə gölə kəndinin əhalisi məsələ ilə əlaqədar etiraz aksiyaları keçiriblər.

Onlar tarixi abidəyə, çevrəyə və insanların sağlamlığına ziyan vurduğu üçün isfahanlı iş adamları tərəfindən işlədilən mədənin bağlanmasını tələb ediblər.

Kəndlilər adı çəkilən mədənin bölgə əhalisi üçün ziyandan başqa heç nə vermədiyini, mədəndən əldə edilən məhsulların xammal şəklində İsfahana daşınaraq orada emal oldunduğunu deyirlər.

 

content_image_1646382126.jpg

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar