SON XƏBƏRLƏR

Qərbi Azərbaycanda toyuq əti qıtlığı yaşanır

2021.11.26, 12:29
Qərbi Azərbaycanda toyuq əti qıtlığı yaşanır

Gunaz.tv

Əyalətdə 700 quşçuluq mərkəzinin olsa da,  əlaqədar qurumlar məhsul qıtlığı ilə bağlı məsuliyyətdən yayınır və problemi başqa təşkilatların üzərinə atırlar.

 Qərbi Azərbaycan əyalətinin Kənd Təsərrüfatı İdarəsinin başçısı Əkbər Kəraməti mediaya verdiyi açıqlamada toyuq əti qıtlığı və bahalığı inkubasiyanın azalması ilə əlaqələndirib.

O, son vaxtlar quşlar arasında yayılan niyukasl xəstəliyi səbəbindən toyuq ətinin 35-40% azaldığını iddia edərək mətbiatı məsələni şişirtməkdə ittiham edib.

Ə.Kəramətinin "Nyukasl" xəstəliyinin yayılması nəticəsində qıtlıq yaranması ilə bağlı iddiaları yerli Baytarlıq İdarəsi tərəfindən təkzib edilib.

Baytarlar qeyd olunan xəstəliyin yayqın olmadığı barədə məlumat veriblər.

Qərbi Azərbaycan Baş Baytarlıq İdarəsinin səhiyyə işləri üzrə sədr müavini  müavini Əli Allahyari media nümayəndələrinə verdiyi açıqlamada Kənd Təsərrüfatı İdarəsinin başçısının dediklərinin doğru olmadığını deyib.

"“Nyukasl" yeni xəstəlik deyil, uzun illərdir ölkə və dünyada quşlar arasında müşahidə olunur və bunun toyuq əti qıtlığına heç bir təsiri yoxdur”-deyə, Ə.Allahyari bildirib.

O, qıtlığın əsas səbəblərindən biri kimi yerli firmaların məhsulun satışından imtina etdiklərini və onun başqa əyalətlərə ixracına daha çox meyilli olmaları ilə əlaqələndirib.

Qeyd edək ki, rəsmi statistikaya görə, İranda adambaşına toyuq əti istehlakı 30-31 kq, Qərbi Azərbaycan əyalətində isə 27 kq təşkil edir. Qərbi Azərbaycan bu sektorda yüksək istehsala görə ölkədə ilk 10 əyalətdən biri sayılır.

Günəş ilinin əvvəllərində yerli istifadəçilərin kiloqramını 18 min tümənə əldə etdikləri toyuq əti başqa bölgələrə ixrac olunduğu halda, ilin ikinci yarısında qiymətin iki dəfə artması və məhsulun tapılmaması alıcıları təəccübləndirib və narazı salıb.

Urmu sakini Fəramərz Bədi “İlna” xəbər agentliyinin müxbirinə verdiyi açıqlamada  deyib ki, Qərbi Azərbaycanın toyuq istehsalçısı olduğu halda qiymətin artması və qıtlıq yaranması anlaşılmazdır.

“Bu necə olur ki, toyuq əti istehsalçısı olan bir bölgədə bir-iki gün içində qiymətlər qalxır və məhsul yoxa çıxır”-deyə, urmulu Fəramərz təəccübünü gizlətməyib.

Mədən Sənayesi və Ticarət Təşkilatının Təftiş və İstehlakçıların Hüquqlarının Müdafiəsi üzrə Nəzarət Şurasının sədr müavini İrəc Mərəndi mediaya verdiyi açıqlamada problemin araşdırılması və həlli ilə bağlı əlaqədar qurumlarla toplantı keçirəcəklərini deyib.

C.E  
 

تغییر رئیس سازمان جهاد کشاورزی استان آذربایجان غربی - وب سایت خبری تحلیلی  آوای مرز

Əkbər Kəraməti

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar