Kompleksin tikilən hissələri də dağılmaq üzrədir.
1996-cı ildə inşasına başlanılan və 4 il müddətinə təhvil veriləcəyi nəzərdə tutulan yarımçıq “Həft Tir” layihənin hal-hazırda narkomanların sığınacaq yerinə çevrildiyi bildirilir.
Yerli fəallar və idmançılar 400 min nəfər əhalisi və əyalətin ikinci böyük şəhəri olan Xoy şəhərində 5000 nəfərlik idman kompeksinin tikintisinin 26 il yarımçıq saxlanılmasını bölgə idmançıları və əhalisinə qarşı saymamazlıq kimi dəyərləndirirlər.
Xoy şəhərinin İdman və Gənclər İdarəsinin başçısı Əli Əkbərlu məsələ ilə bağlı verdiyi açıqlamada faktı təsdiqləyib və Xoy gəncləri, idmançılarının idman sahəsi çatışmazlığından əziyyət çəkdiklərini bildirib.
Cavidan