SON XƏBƏRLƏR

Gürcüstan Aşıqlar Birliyi yaradılır

2022.01.27, 15:13
Gürcüstan Aşıqlar Birliyi yaradılır

Gunaz.tv

Yanvarın 27-də Tbilisidə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Mərkəzində məsələ ilə bağlı müzakirələr aparılıb.

Müzakirələrdə iştirak edən aşıq Nargilə Mehtiyeva "Report"a bildirib ki, Gürcüstanda Aşıqlar Birliyinin təsis olunmasına çoxdan ciddi ehtiyac var idi: “Birliyin yaradılması istiqamətində hazırlıqlara artıq başlanılıb və gələn həftənin sonunda Gürcüstanın bir sıra bölgələrini təmsil edən aşıqlar və ziyalıların iştirakı ilə Tbilisidə Aşıqlar Birliyinin təsis toplantısı keçiriləcək. İclasda təşkilatın sədri, onun müavinləri və İdarə Heyətinə üzvlər seçiləcək. Təşkilatın əsas fəaliyyət istiqamətləri Gürcüstanda bütün aşıqları bir araya gətirmək, saz-söz sənətinin inkişafı və təbliğindən ibarət olacaq”.

N.Mehtiyeva Aşıqlar Birliyinin Gürcüstanda dövlət qeydiyyatına alınacağını, fəaliyyətinə Gürcüstan və Azərbaycanın aidiyyəti qurumlarının dəstək göstərəcəyini deyib.

Qeyd edək ki, indiyədək Gürcüstanda Aşıqlar Birliyi adı altında bir neçə qeyri-hökumət təşkilatı yaradılıb və heç biri əsaslı fəaliyyət göstərməyib. (Report)

C.E

 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar