SON XƏBƏRLƏR

Gürcüstanda tapılmış qalıqların azərbaycanlı repressiya qurbanına məxsusluğu araşdırılır

2022.02.05, 13:48
Gürcüstanda tapılmış qalıqların azərbaycanlı repressiya qurbanına məxsusluğu araşdırılır

Gunaz.tv

Azərbaycanlı repressiya qurbanı Ələkbərov Hüseyn Ələkbər oğlunun da qalıqlarının bu məzarlığa aid olduğu ehtimal edilir.

Belə ki, 15 mart 1938-ci il tarixli aktda barəsində güllələnmə qərarı çıxarılmış insanların sayı da məhz 29 təşkil edir. H.Ələkbərov siyahıda beşinci yerdədir.

Məzarıqla bağlı bir məqam identifikasiya prosesini sürətləndirə bilər. Belə ki, güllələnənlər arasında 1908-ci il təvəllüdlü Mira Mancqaladze (Popova) adlı bir qadın da var. 30 yaşında güllələnmiş qadının qalıqları identifikasiya olunarsa, azərbaycanlı repressiya qurbanı da daxil olmaqla digərlərinin də adları və güllələnmə tarixi 100 % dəqiqliklə təsdiqlənəcək.

Kütləvi məzarlıqda insan sümükləri ilə yanaşı, sovet dövrünə aid qəpik pullar, düymələr, butılkalar, ayaqqabı və geyim fraqmentləri də aşkarlanıb.

Arxiv sənədlərə əsasən, 1937-1938-ci illərdə Acarıstanda müxtəlif cəza tədbirləri nəticəsində 11-i qadın olmaqla 1 050 nəfər güllələnib. (report.az)

Ayxan
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar