O, hakimiyyətin koronavirus məhdudiyyətlərinə görə iş adamları üçün nəzərdə tutulan kompensasiyanı ödəmədiyini deyib.
Məsud Nasiri bildirib ki, Ərdəbildə iş adamları, müəssisələr və xırda ticarət məkanlarına 18 dövlət qurumunun nəzarət etməsi ciddi problemlərə və narazılıqlara səbəb olub.
Başçının sözlərinə görə, yanlış yanaşmalar, süni əngəllər və yorucu bürokratik problemlər ucbatından bir çox iş adamı, özəlliklə gənclər iş qurmaq üçün başqa bölgələrə köçmək məcburiyyətində qalır.
C.E