SON XƏBƏRLƏR

Ərdəbilin ətraf kəndlərində içməli su problemi yaşanır

2022.01.13, 14:35
Ərdəbilin ətraf kəndlərində içməli su problemi yaşanır

Gunaz.tv

Məsud İmami Yeganə şəhərin 22 kəndində içməli su probleminin həll olunmamış qaldığını deyib.

İmami su qaynaqlarının yanlış idarəedilməsi probleminə toxunmadan içməli su qıtlığını quraqlıq və yağıntıların az olması ilə əlaqələndirib.

O, hazırkı quraqlığı nəzərə alaraq qarşıdakı aylarda, xüsusilə yaz və yay aylarında içməli və suvarma sularının təminatı sahəsində böhran yaşanacağını söyləyib.

Fərmandar lənd təsərrüfatı sahəsində fəaliyyət göstərənlərə müraciət edərək suvarma qaydalarında dəyişiklik və suya qənaət etmələrini tövsiyə edib.

Qeyd edək ki, bir neçə gün bundan öncə Ərdəbil əyalətinin Kənd Təsərrüfatı İdarəsinin başçısı Xəlil Nikşad əyalətin şimal və mərkəzi bölgələrində geniş əkin sahələrinin ciddi ziyana gördüyünü söyləyib.
Onun sözlərinə görə, son bir neçə ildir davam edən quraqlıq, yağıntının az düşməsi və temperaturun yüksəlməsi əkinçiliyə ciddi ziyan vurub.

Bununla yanaşı Ərdəbil əyalətinin Meteorologiya İdarəsinin başçısı Siyavuş Məhəmmədi Ərdəbil əyalətində quraqlıq və su böhranının şiddətləndiyi barədə xəbərdarlıq edib.

S.Məhəmmədi deyib ki, 2020-2021-ci illərdə Ərdəbil əyalətinin ortalama 85% ərazilərində mülayim və şiddətli quraqlıq hökm sürüb.

Əyalətin Su Ehtiyatlarının Mühafizəsi və İstismarı İdarəsinin direktoru və Ərdəbil Yerli Su Şirkətinin Bərpası və Balanslaşdırılması Layihəsinin icraçı nümayəndəsi Davər Bəstam təmsil etdiyi idarənin 30 şəhər və 991 kəndə nəzarət etdiyini, 400 kənddə su çatışmazlığı yaşandığını bildirib.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar